Məhkumların ailələrinə 345 manat MÜAVİNƏT VERİLƏCƏK? - AÇIQLAMA

Məhkumların ailələrinə 345 manat MÜAVİNƏT VERİLƏCƏK? - AÇIQLAMABu gün cəmiyyətimizdə ən əsas aktual məsələlərdən biri məhbuslarımız və azadlığa buraxılan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Bu baxımdan hımin qəbildən olan ailələr arasında həssas qruplar var. Təbii ki, azadlığa buraxılan və əfv edilən vətəndaşlarımızın cəmiyyətlə əlaqəsi və işlə təmi olunması önəmlidir. Amma məhkum həyatı yaşamaqda edən şəxslərədə diqqət və qayğı önəmlidir. Belə ki, ailə başçısı həbsə düşürsə və həmin ailədə uşaq varsa, onların dolanışığı, ehtiyaclarını ödəmək çətin olur. Ailə başçısı həbsdə olduğu halda, ailə üzvlərinin dolanışığını yaxşılaşdırmaq məqsədilə bu qəbildən onlara 345 manat məbləğində müavinət verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, belə ailələrdə azyaşlı uşaq varsa və 8 yaş həddinə qədərdisə bu qəbildən olan şəxslər aztəminatlılığa görə ünvanlı sosial yardıma müraciət edə bilərlər. Belə olan halda həmin ailəyə ehtiyaclarını ödəmək və təminatın yaxşılaşdırılması, qadın işləməsə belə ona sosial yardım təyin edirlər:

"Əgər ailədə uşaq yoxdursa, qadın təkdirsə burada ona heç bir yardımdan söhbət gedə bilməz. O şəxs müəyyən əmək qabiliyyətlidirsə, əlilliyi yoxdursa, hər hansı bir güzəşti kateqoriyaya aid deyilsə, özünə iş tapmalıdır. Əgər iş tapa bilmirsə Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçməlidir. Bununla da işsizlik müavinəti əldə etmək hüququ əldə edir. İşsizlik müavinəti almaq hüququ yoxdursa və əmək qabiliyyətlidirsə həmin qadın müəyyən işlə təmin olunur. O cümlədən məşğulluq xidməti tərəfindən ona təklif edilən işə girir. Bu zaman özü maaş alır ki, öz ehtiyaclarını qarşılaya bilsin. Əgər belə kateqoriyadan olan insanlara minimum əməkhaqqı qədər müavinət təyin edilsə, dövlət büdcəsində böyük yük yarana bilər".

Sosioloqun spzlərinə görə, müstəqillik illərindən sonra bizim həbsxanalarımızın sayı daha da artdı. Kifayət qədər yeni həbsxanalar inşa edilib. Eyni zamanda həbsxanada olan insanlar arasında belə qəbildən olanların sayı kifayət qədərdir. İkincisi də narkotik vasitələrin istifadəsi ilə bağlı həbs olunanların sayı çoxdur:

"Onlar arasında ailəli olanlarda var. Bu baxımdan dövlət üçün böyük yük yarana bilər. Elə ailələr var ki, bu və digər cəhətdən ailə üzvləri ilə münaqişə nəticəsində onların həbs olunmasına özləri şərait yarada və həbs edilməsini tələb edilə bilər. Həbsxanadan azad olunan şəxslərin isə adaptasiyası üçün 1380 manat məbləğində birdəfəlik yardım verilir ki, onlar sağlam cəmiyyətə qayıda bilsinlər. Hazırda sözügedən məsələ aktual deyil. Heç bir dünya ölkəsində belə bir təcrübə yoxdur ki, həbsxanada olanların ailələrinə minimum əməkhaqqı qədər müavinət verilsin. Belə hal olsaydı beynəlxalq ölkələrdə qanunvericilik aktı kimi tətbiq olunardı. Digər tərəfdən dövlətlərin təyin etdikləri minimum əməkhaqları fərqli olduğu üçün həmin dövlətlərin maliyyə büdcəsinə ciddi zərər verə bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1183   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun