Ayağına mismar batan məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTORusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb.

Dəhşətli hadisə orenburqlu ailənin başına gəlib. Nənəsinin yanında tətildə olan 12 yaşlı uşaq ayağını ehtiyatsızlıqdan mismarlı taxtanın üstünə basıb. Qadın nəvəsinin yarasını təmizləsə də, zədəsi ciddi görünmədiyi üçün xəstəxanaya müraciət etməyib. Bir həftə sonra ayaqda ağrıların davam etdiyini görən ailə xəstəxanaya müraciət edib. Həkimlər bütün lazımi işləri görsələr də, uşağın ayağında ağrılar davam edib. Nəhayət, ailə Ufaya yollanıb.

Sonradan məlum olub ki, həkimlər ayağın sfenoid sümüyünün içinə girən tilişkəni çıxarmayıblar. Sonrakı iki əməliyyat da uşağa kömək etməyib və ayağı irinləməyə başlayıb. Həkimlər sümüklərin məhvinə gətirən xroniki osteomielit diaqnozu qoyublar.

Ana oğlu ilə birlikdə Moskvaya yollanıb. Orada tilişkə çıxarılıb. Bu zaman kokkal infeksiya aşkar edilib. Bir neçə əməliyyat keçirən həkimlər ona süni sümük yerləşdirməyi planlaşdırırlar.

"İndi implant yerləşdirə bilmirlər, çünki ayaq hələ də böyüyür. Həm də onu iki mərhələdə quraşdırmaq lazımdır. Sadə dillə desək, hələ çox işimiz var", - deyə uşağın anası bildirib.

Qadın məhkəməyə getməyi planlaşdırır, çünki o əmindir ki, Ufadakı həkimlər tilişkəni vaxtında çıxarsaydılar, osteomielit inkişaf etməzdi.
Hazırda oğlan əlil arabasından istifadə edir və təhsilini evdə davam etdirir. Uşaq bu vəziyyətlə barışa bilmir.

"Onu çölə çıxarmaq istəsəm də, utanır. Deyir ki, sinif yoldaşlarım mənə necə baxacaq? Amma deyirəm ki, bütün bunlar müvəqqətidir. Axı nə vaxtsa bunların hamısı bitəcək", - deyə ana bildirib.

Qadının sözlərinə görə, o, psixiatra müraciət edib. Mütəxəssis uşaqda çoxsaylı narkoz səbəbindən amneziyanın inkişafı barədə məlumat verib. Hazırda məktəbli baş verənləri, deyilənləri yadında saxlaya bilmir. Bundan əlavə, uşağın saçları ağarmağa başlayıb. (oxu.az)
Ayağına mismar batan məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTOAyağına mismar batan məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 998   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun