İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB

İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB"Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!) Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır..."
İslam dini özünün cahanşümul keyfiyyətlərinə görə dünyada özünə xeyli dost qazandığı kimi, düşmənlər də qazanmışdır. İslamın 14 əsrlik tarixi boyunca dinimizin həm ideoloji əsaslarına, həm şəriət hökmlərinə, həm də məsumlarımızın həyat və fəaliyyətlərinə yersiz iradlar tutulmuş, həyasız töhmətlər və iftiralar atılmışdır. Bu çirkin iftiraların əksəriyyəti dinimizə qarşı qərəzli mövqedə duran Qərb "təqdiqatçıları" tərəfindən irəli sürülmüşdür. Həmin iftiralardan biri də bundan ibarətdir ki, guya Həzrəti Muhəmməd Peyğəmbər (s) qadınlara həddən artıq meyil göstərmişdir.

Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!) Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır:

1. Peyğəmbərimizin çox qadınla evlənməsi, Allah tərəfindən ona verilmiş imtiyaz idi. Sıravi müsəlmanlar eyni vaxtda yalnız 4 qadınla daimi evlilik halında yaşaya bildikləri halda, Həzrəti Rəsulullaha (s) onlardan seçilmək üçün daha çox qadınla evlənmək icazəsi verilmişdi. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbərimiz eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).

2. Peyğəmbərimizin həyat yoldaşlarının sayı barasində mənbələrdəki məlumatlar ziddiyyətlidir. Mərhum Mudərris Təbrizi "Reyhanətu’l-ədəb" kitabının sonuncu cildində, "Ummu’l-muminin" başlığı altında yazır ki, Peyğəmbərin həyat yoldaşlarının 11, 12, 15, 18, 21 və 22 nəfər olması barəsində nəzəriyyələr mövcuddur. Məşhur tarixçi Məsudi "Murucu’z-zəhəb" kitabında (2-ci cild, səh. 282-283) qeyd edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) 15 nəfər qadınla evlənmişdir. O, bunların 11 nəfəri ilə fiziki əlaqədə olmuş, 4-ü ilə isə yaxınlıq etməmişdir. Məsudi "Murucu’z-zəhəb"də qadınlardan yalnız üçünün – Xədicə, Səvdə və Aişənin adını çəkib, haqlarında qısa məlumat verir. Özünün qeyd etdiyinə görə, o, Peyğəmbərin xanımlarının hamısı barəsində başqa bir əsərində – "Kitabu’l-əvsət"də ətraflı söz açıbmış; "Murucu’z-zəhəb"də isə yalnız qadınların sayını qeyd etməklə kifayətlənir. Həzrəti Muhəmmədin (s) həyatından bəhs edən "Sireyi-İbn Hişam" kitabında Pey-ğəmbərin xanımlarının sayı 13 nəfər göstərilir. Peyğəmbər onların 11-i ilə əlaqədə olmuşdur. Bu 11 nəfərdən ikisi (Xədicə və Zeynəb binti Xuzeymə) Peyğəmbərin sağlığında vəfat etmiş, qalan 9-u isə Peyğəmbərdən sonra da yaşamışdır. Onların adları belədir: Xədicə, Aişə, Səvdə, Zeynəb binti Cahş, Ummu-Sələmə, Hafsa, Ummu-Həbibə, Cuveyriyyə, Səfiyyə, Meymunə, Zeynəb binti Xuzeymə. Peyğəmbərin əlaqədə olmadığı o biri iki qadının adı isə Əsma və Umrədir ("Sireyi-İbn Hişam", fars. tərc., cild 2, səh. 417-422). Həmin kitabda 13 nəfərin hər biri barədə qısa məlumat verilmişdir. Digər məşhur tarixçi Yəqubi Həzrəti Peyğəmbərin (s) 21 və ya 23 nəfər qadınla evləndiyini yazmışdır. Yəqubi qeyd edir ki, Peyğəmbər bu qadınlardan yalnız 13 nəfəri ilə əlaqədə olmuşdu. Qalanları ya kəbin kəsiləndən sonra, zifafdan əvvəl vəfat etmiş, ya da zifafdan əvvəl Peyğəmbər onlara talaq vermişdi. 13 nəfərin siyahısına "Sireyi-İbn Hişam"dakı 11 nəfər, Mariyeyi-qibtiyyə və Ummu-Şərik Qəziyyə adlı qadın aiddir ("Tarixi-Yəqubi", fars. tərc., cild 1, səh. 452-455). Ehtimal olunur ki, Yəqubi öz kitabında Peyğəmbərin yalnız daimi həyat yoldaşlarının deyil, kənizlərinin də adını qeyd etmişdir; buna görə də onun kitabında 20 nəfərdən çox qadının siyahısı verilir. Mudərris Təbrizi "Reyhanətu’l-ədəb" kitabında saydığı nəzəriyyələrin birində "Sireyi-İbn Hişam"dakı 11 nəfərlik siyahını təkrar etmişdir. Əllamə Təbərsi "İlamu’l-vəra" kitabında həmin 11 nəfərə daha 10 nəfəri də əlavə edərək, ümumi sayı 21-ə çatdırmışdır. Təbərsinin fikrincə, Peyğəmbər bu qadınların 12-si ilə (əvvəlki 11 nəfər və Ummu-Şərik) əlaqədə olmuşdur. Əllamə Məclisi də "Biharu’l-ənvar"da sonuncu məlumatı təsdiq edir, amma Peyğəmbərin əlaqədə olmadığı qadınların sayını 10 nəfər göstərir. Beləliklə, Əllamə Məclisiyə görə, Həzrəti Rəsulullahın (s) xanımlarının ümumi sayı 22 nəfər imiş. Bir daha qeyd edirik ki, bəzi kitablarda Peyğəmbərin xanımlarının sayının çox olması bu səbəbdəndir ki, müəlliflər kənizləri də buraya aid etmişlər. Bəzən eyni bir qadının başına gələn hadisələr iki müxtəlif adama aid edilmiş, bəzən də bir qadının adındakı nöqtə və hərflərin dəyişməsi üzündən yeni ad yaranmışdır. Fransız tədqiqatçısı Qustav le Bonun "İslam və ərəb mədəniyyəti" kitabını fars dilinə tərcümə etmiş Seyyid Haşim Hüseyni də Peyğəmbərin izdivacları mövzusunda yazdığı müxtəsər haşiyələrdə Peyğəmbərin 11 nəfər xanımı haqqında məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Qustav le Bon (1841-1931) da adı çəkilən kitabda İslam mədəniyyəti barəsində ətraflı və düzgün məlumat verməsinə baxmayaraq, Həzrəti Muhəmməd Peyğəmbəri (s) "qadınlara ifrat meyil göstərməkdə" ittiham etmişdir. Seyyid Haşim Hüseyni bir tərcüməçi kimi müəllifin sözlərinə əmanətlə yanaşmaqla yanaşı, bu və digər ziddiyyətli məqamlarda haşiyə şəklində öz etirazlarını bildirmiş, qənaətbəxş cavablarla dinimizi bəzi haqsız irad və töhmətlərdən müdafiə etmişdir...

Həzrəti Peyğəmbərin (s) izdivacları...

Həzrəti Muhəmməd Peyğəmbərin (s) izdivaclarının səbəb və şəraitini araşdırarkən, konkret olaraq 11 halın hər birini ayrı-ayrılıqda tədqiq etməliyik. Aşağıda Peyğəmbərin 11 xanımının hər biri barəsində qısa məlumat verilir.

1. Həzrəti Muhəmməd Peyğəmbər (s) 25 yaşına kimi subay olmuş, 25 yaşında ikən ilk dəfə ailə qurmuşdur. Onun ilk həyat yoldaşı Qureyş soyundan olan Xədicə binti Xuveylid idi. Peyğəmbərimiz Məkkədə öz əmanətdarlığı ilə məşhur olduğundan, Xədicə Şama (Suriyaya) göndərdiyi ticarət karvanına başçılıq etməyi ona təklif edir. Həzrəti Muhəmməd (s) Xədicənin karvanına rəhbərliyi öhdəyə götürərək Şama yollanır və böyük qazanc ilə qayıdır. Bu zaman Xədicə öz rəfiqələri vasitəsilə xəbər göndərib Muhəmməd (s) kimi şəxsin həyat yoldaşı olmaqdan məmnun qalacağını bildirir və Həzrəti Muhəmməd (s) Xədicə ilə evlənir. Peyğəmbərimizə ərə gedərkən Xədicənin artıq 40 yaşı var idi və bundan əvvəl iki dəfə ərdə olmuşdu. Birinci dəfə Əbu Halə adlı şəxslə ailə qurmuş, sonra boşanıb Ətiq adlı şəxsə ərə getmişdi. Xədicənin bu iki nəfərdən övladları da var idi. Həzrəti Xədicənin uca məqamı ilə bağlı bu üç nöqtəni qeyd etmək kifayətdir: Birincisi, Həzrəti Xədicə İslamı qəbul etmiş ilk şəxsdir. İkincisi, o, bütün sərvətini Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasına yardım etmək üçün xərcləmiş və İslamın inkişafına güclü kömək göstərmişdir. Üçüncüsü, Həzrəti Muhəmməd Peyğəmbər (s) Xədicənin vəfatına qədər başqa qadınla evlənməmiş, ömrünün sonuna qədər isə Xədicənin adını ehtiramla yad etmişdir.

2. Həzrəti Xədicənin vəfatından bir qədər sonra Peyğəmbərimiz (s) Qureyş soyundan olan Səvdə binti Zəm’a ilə ailə qurdu. Səvdə bundan əvvəl Səkran adlı müsəlmanın həyat yoldaşı idi və əri ilə birlikdə Həbəşistana hicrət etmişdi. Həbəşistandan qayıtdıqdan sonra Səvdənin əri vəfat etdi. Belə bir şəraitdə himayəsiz qalmış Səvdə ya öz müşrik qohumlarının yanına qayıtmalı, ya da maddi və mənəvi əziyyətlərlə üzbəüz qalmalı idi. Birinci halda o, dinini itirəcək və müşrik olmaq məcburiyyəti qarşısında qalacaqdı. İkinci halda isə, aclıq və səfalətlə üzləşəcəkdi. Həzrəti Muhəmməd (s) bu mömin qadını himayə edib çətinliklərdən qorumaq üçün onunla evləndi.

3. Rəvayətlərə görə, Peyğəmbərin xanımları arasında yeganə bakirə qız Aişə binti Əbu Bəkr olmuşdur; qalan qadınların hamısı Həzrəti Muhəmmədə (s) ərə gedərkən dul olmuşlar. Hicrətdən iki il qabaq, Aişənin 7 yaşı olarkən, onun kəbini Peyğəmbərimizə kəsilmiş, lakin yaşı az olduğundan Peyğəmbərimiz onunla bir müddət əlaqədə olmamışdır. Aişənin 9 yaxud 10 yaşı tamam olanda Peyğəmbərimiz onu həyat yoldaşı kimi qəbul etmişdir. Məlum olduğu kimi, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Aişə ilə evlənməsinin səbəbi, onun atası Əbu Bəkrlə münasibətləri dərinləşdirmək, Əbu Bəkri İslama daha da yaxınlaşdırmaq idi. (Aişənin Peyğəmbərə ərə gedərkən daha çox yaşa malik olması, hətta bundan əvvəl başqa adamın həyat yoldaşı olması barədə də məlumatlar vardır ki, bunlar əksər tarix kitablarında göstərilən yuxarıdakı görüşlərə uyğun olmadığı üçün, onları burada qeyd etmirik). (moderator.az)


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1047   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun