Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO
Daxiliyanma mühərrikli avtomobillərin düzgün işləməməsi atmosferə ciddi təsir edir. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil mütəxəssisi Sahil Ağabəyli bildirib ki, mühərrikdə bir neçə detala vaxtında qulluq etmək lazımdır. Əks halda, mühərrikdən atmosferə xaric edilən dəm qazının miqdarı çox olur. Bəs dəm qazının normada olması üçün sürücü nə etməlidir?
Bəzi avtomobillərin katalitik-çeviricisi, yəni "katalizator"u nasaz olduğu üçün sürücülər tərəfindən çıxarılır. Sahil Ağabəyli deyir ki, katalizatoru olmayan avtomobillərdən dəm qazı normadan artıq çıxır. Usta hesab edir ki, katalizatorun sıradan çıxmaması üçün vaxtında yanacağa qatqı əlavə edilməlidir. Çünki avtomobilin qeyri-müntəzəm işləməsi təkcə atmosferə zərər vurmur.
Qeyd edək ki, mayın 15-dən etibarən bir ay boyunca ölkə ərazisində "Təmiz hava" aylığına başlanacaq. Normadan artıq tullantı ixrac edən avtomobillərin sahibləri 50 manat məbləğində cərimə olunacaqlar.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1328 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyun