VACİB:345 manat ləğv edilsə, saatlıq minimum əməkhaqqı nə qədər olacaq? - Açıqlama
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi barədə təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Bəs saatlıq minimum əməkhaqqı nə qədər olacaq?
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.
İqtisadçı bildirib ki, hazırda minimum əməkhaqqının 1 saata düşən məbləğ 1 manat 95 qəpik civarındadır:
"Azərbaycanda saatlıq minimum əməmkhaqqının təbliği mümkündür. Qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə bu sahədə hüquqi əsaslar yaradıla bilər. Özəl və dövlət sektoru qarşısında müəyyən tələblər qoyula bilər. Bu yolla saatlıq minimum əməkhaqqı rejiminə keçirilə bilər.
Amma bu prosesdə hazırki iş saatlarını və qeyri iş günlərini nəzərə almaq lazımdır . Hazırda minimum əməkhaqqının 1 saata düşən məbləğ 1 manat 95 qəpik civarındadır. Bu göstərici 1 dollardan bir qədər artıqdır. Bu dünyanın ən aşağı göstəricilərindən biridir. Yeni qanuna keçirilsə düşünürəm ki, daha layiqli prosesə start veriləcək. Bu çərçivədə Azərbaycanda əməyin layiqli qiymətləndirilməsi bu proseslə daha da dərinləşdirilə bilər".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2012 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Maşın" şou yenidən başlayır - Foto
Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu "Maşın" yenidən başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər" telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib. O, tarixi açıqlamasa da, paylaşıma "loading" yazaraq, şounun tezlikl
18 mayÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra "Bundibuqio" virusunu
17 mayPrezident BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Vitse-prezident
17 mayBakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən
Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə
18 mayWUF13-ün birinci günü başa çatıb - FOTOLAR
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının birinci günü başa çatıb. "Report" xəbər verir ki, tədbir Bakı Olimpiya Stadionunda keçirilir. İlk günün zəngin proqramı çərçivəsində nazirlərin iclası, nazirlərin dəyirmi masası, eləcə də nazirlər səviyyəsində panel müzakirələri keçirilib
17 mayNəsillərarası travma insan həyatına necə təsir edir? - PSİXOLOQ
Bəzən insan səbəbini anlamadığı qorxu, narahatlıq və ya emosional yük daşıyır. Maraqlıdır ki, bəzi hisslər və davranışlar insanın öz yaşantısından deyil, ailə tarixindən və əvvəlki nəsillərin keçirdiyi ağır travmalardan qaynaqlana bilər. Bəs irsi travmalar necə yaranır və insan həyatına hansı formad
18 may