Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTO

Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTO2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi baş verib. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Tacirə Salmanovanın meyiti aşkar edilib. Hadisənin şahidləri olan azyaşlı uşaqların sözlərinə görə, cinayəti ataları Teymur Məmmədov törədib və sonra evdən çıxaraq, qaçıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Səhəri gün 1989-cu il təvəllüdlü Teymur Məmmədov könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təslim olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOİstintaqla müəyyən edilib ki, Teymur Məmmədov 2009-cu ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə bir il altı ay, 2012-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə iki il, 2015-ci ildə Yevlax Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə bir il, 2020-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 29, 180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə üç il üç ay müddətinə azadlıqdan məhrum olunub. Salyan Rayon Məhkəməsinin qərarı ilə 2023-cü il sentyabrın 22-də cəzasının çəkilməmiş hissəsindən şərti, vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmayıb. Qeyri-rəsmi arvadı Tacirə Salmanovanın əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib, qadını öldürmək istəyib. Avqustun 5-i saat 17-də Xutor qəsəbəsində, kirayədə yaşadıqları evdə övladları 2017-ci il təvəllüdlü Solmaz Salmanova və 2019-cu il təvəllüdlü Rəsul Salmanovun evdə olmaqlarına baxmayaraq, Teymur Məmmədov bıçaqla Tacirə Salmanovaya yaxınlaşıb. Ümumilikdə 19 dəfə zərbə vuraraq, qadını xüsusi amansızlıqla öldürüb.

İfadəsinin yerində yoxlanılması zamanı Teymur Məmmədov cinayəti hansı qaydada törətməsi haqda ətraflı şəkildə məlumat verib. Bıçaq zərbələrinin sayını xatırlamadığını, xəsarətləri əsasən qadının kürək və boyun nahiyələrinə vurduğunu bildirib. O, yetkinlik yaşına çatmayan şahid Fatma Salmanova, atası Teymur Məmmədovun anasına bıçaqla xəsarət yetirdiyi vaxt, çöldə olduğunu, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərib.
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOZərərçəkmiş şəxsin hüquqi varisi Qənirə Salmanova ifadəsində göstərib ki, qızı Tacirəni 14 yaşında Bayram adlı uzaq qohumlarına ərə verib:

"Həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları dünyaya gəlib. Sonradan Bayram işləmək üçün xarici ölkəyə getdi və bu günə kimi ondan xəbərimiz yoxdur. Yevlaxda yaşayan Tacirə 18 yaşı olanda bibisi Solmaz Məmmədovanın oğlu Teymur Məmmədova qoşulub qaçıb. Rəsmi nikahları olmayıb. Teymurla ailə həyatı qurduqdan sonra Tacirə birinci yoldaşından olan övladlarını bacısı İlhamənin himayəsinə verib. Hazırda İlhamə öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. İkinci evliliyindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı uşaqları anadan olub. Təxminən 10 il əvvəl Bakıya köçərək, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Tacirə müxtəlif şəxslərin evlərində xadiməlik edirdi. Aralarında yaranan mübahisələrə - Teymurun işləməməsi və Tacirədən pul istəməsi səbəb olurdu. Teymur narkotik vasitələrə qurşanmışdı. Axırıncı dəfə o, 2020-ci ildə həbs olunub. Teymur həbs olunandan sonra Tacirənin xahişi ilə rayondan gələrək qızımın evində qaldım. 2023-cü ilin mart ayında Xutor qəsəbəsinə, Əmir Qəmbərova məxsus evə köçdük. Kasıbçılıqla da olsa, Tacirə öz imkanı daxilində, cəzaçəkmə müəssisəsinə, Teymurun yanın gedirdi. Yayda Teymur həbsdən çıxandan sonra, həmin evdən çıxdım və oğlum Əli ilə birlikdə yaxınlıqda kirayədə qaldıq. Bir müddət sonra qızımdan yoldaşının yenə də işsiz evdə oturduğunu, ondan narkotik vasitə almaq üçün pul tələb etdiyini eşitdim. Tez-tez mübahisələr yarandığını nəvələrim də danışırdılar. Axırıncı dəfə, qızımı hadisədən bir gün əvvəl, evlərinə gedəndə gördüm".
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOAvqustun 5-i saat 17 radələrində Mədinə ilə birlikdə evdə olanda, Tacirənin böyük qızı Fatma qışqırıb, ağlayaraq həyətə girdi və "atam anamı öldürdü" dedi. Mədinə ilə Fatma evlərinə qaçdılar:

"Qeyd etmək istəyirəm ki, şəkər xəstəliyi ilə bağlı bir ayağım kəsildiyindən sərbəst hərəkət edə bilmirəm. Buna görə, evdən çölə çıxa bilmədim. 10 dəqiqədən sonra oğlum evə daxil olaraq, ağlayıb-qışqırmağımı görüb məni sakitləşməyə çalışdı.

Öyrəndim ki, Teymur Tacirəni bıçaqla qətlə yetirib. Qızım Yevlax şəhər qəbiristanlığında dəfn olunub. Hadisədən sonra nəvəm Fatmadan öyrəndim ki, həmin gün atası anasından pul istəyib, bu zəmində aralarında mübahisə yaranıb. Bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə gedib. Bir müddətdən sonra evə qayıdıb. Küçə qapısını içəridən bağlayıb və bıçaqla anasına çoxsaylı xəsarətlər yetirib. Qızımı öldürdükdən sonra Teymur evdən qaçıb. Fatma ilə Mədinə içəri girərək, analarına köməklik etməyə çalışıblar".
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOQanuni nümayəndəsinin iştirakı ilə şahid, yetkinlik yaşına çatmayan Fatma Salmanova ifadəsində göstərib ki, atası Teymur Məmmədovun narkoman olduğunu hamı bilirdi:

"Avqustun 5-də atam mübahisə edib, pul istəyəndə anam, sakitləşsin deyə ona 10 manat verdi. Harasa çıxıb gedən atam bir saatdan sonra qayıdaraq, yenə pul tələb edəndə, anam pulunun olmadığını dedi. Evin pəncərəsindən içəri baxanda, atamın anama çoxlu bıçaq zərbələri vurduğunu gördüm. Kömək üçün küçəyə çıxıb qışqırmağa başladım. Atam cinayəti törədib küçəyə çıxandan sonra Mədinə ilə içəri girib anamın qan içində, döşəmədə uzandığını gördük. Atam anamı öldürəndə, evdə balaca bacım Solmaz və qardaşım Rəsul var idi".
Şahid Zeynal Salmanov bildirib ki, baş verən hadisəni görməyib, çünki həmin vaxt həyətdə oynayıb. O qeyd edib ki, Teymur Məmmədovu ata kimi qəbul etmir və onu anasız qoyduğu üçün atasını heç vaxt bağışlamayacaq.
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOŞahid Solmaz Salmanova evdə, danışa bilməyən qardaşı Rəsul ilə oynayan zaman, atası evə qayıdaraq, anasının üstünə qışqırmağa başlayıb:

"Buna görə, otaqdakı divanın altında gizləndik. Qardaşımla oradan baxanda, atam bıçaqla anamı vurmağa başladı. Qorxumuzdan səsimizi çıxarmadıq. Hazırda anamız olmadığından özümüzü çox pis hiss edirik. Buna görə atamızı heç vaxt bağışlamayacağıq".

Məhkəmə iclasında Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, arvadını xəyanət etdiyinə görə öldürüb. Tacirəyə bıçaqla 20-yə yaxın zərbə vurub. İttiham aktında yazılıb ki, guya o, arvadını uşaqlarının gözləri qarşısında öldürüb. Amma bu doğru deyil, heç kim hadisənin şahidi olmayıb. Törətdiyi əməldən peşman deyil.
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOSon sözündə Teymur Məmmədov ona yüngül cəza təyin edilməsini xahiş edib. Həyatının qalan hissəsini həbsxanada keçirmək istəmədiyini bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov məhkəməyə təhrif edilmiş məlumatlar verməklə, qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdüb. Belə ki, o, Tacirə Salmanovanı qətlə yetirməsinin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib və susaraq, məhkəmənin suallarını cavablandırmayıb. Eyni zamanda cinayət işinin materialları ilə Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxslərlə cinsi əlaqədə olması təkzib edilib.
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - Dəhşətli qətlin DETALLARI + FOTOMəhkəmədə müəyyən edilib ki, Teymur Məmmədov azadlığa buraxılandan sonra, ailəyə qazanc gətirməyib. Tacirə Salmanova ailəni dolandıran yeganə şəxs olub. Qadının onun tərəfindən qətlə yetirilməsi, azyaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurub. Azyaşlı uşaqların bilavasitə, hadisə anını görmələri şahid ifadələri ilə öz təsdiqini tapıb.

Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Teymur Məmmədovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1081   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun