Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti...
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.
Təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 25 gün ərzində unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata "Dəvəçi-Taxıl" MMC, ən baha qiymətə – 26,7 manata "Azeri-Arapoğlu U.S və T.LTD" BM satır.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb.
Maraqlıdır ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1147 Tarix: 14 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun