Ailə başçısını itirən tələbələr təhsil haqqından AZAD EDİLSİN! - TƏKLİF

Ailə başçısını itirən tələbələr təhsil haqqından AZAD EDİLSİN! - TƏKLİFBu gün Azərbaycanda ailə başçısını itirən şəxslərin ailələri bağlı müvafiq işlər görülür. Bunlara nümunə olaraq ailə başçısını itirən əxsin pensiyası həyat yoldaşına verilir. Digər tərəfdən tərəfdən ailə başçısını itirən uşaqlara tələbə kreditindən yararlanmaq üçün şərait yaradılıb. Lakin bu proqram çərçivəsində tələbələr 1-ci kursdan bu fondan yararlana bilmir. İkinci kursdan etibarən tələbələr təhsil haqlarını ödəmək üçün bu kredit fonuna müraciət edə bilirlər. Bu gün ananın əldə etdiyi gəlir övladının ehtiyaclarını çox vaxt qarşılamır. Bu baxımdan həmin məqama diqqət yetirmək lazımdır. Azərbaycanda vəfat edən şəxslərin övladları təhsil haqqından azad edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Bu gün Azərbaycanın istər özəl, istərsə də dövlət universitetlərində ödənişli əsaslarla qəbul olunmuş şəxslər var ki, onlar müxtəlif sosial statusa malikdirlər:

"Onlar təhsil haqqından azaddır və dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu kateqoriyalar müxtəlifdir. Dövlət hər il kifayət qədər elə insanlar var ki, onların təhsil haqlarını öz üzərinə götürüb. Təbii ki, onlar arasında biz birmənalı şəkildə müxtəlif kateqoriyadan olan insanları görə bilirik. Yəni özü əlil olan yaxud valideynini itirmiş uşaqlar var ki, onlar təhsil haqqından azaddır. Təbii ki, valideynlərin hər iki vəfat etmiş şəxslər təhsil haqqından azaddır və mövcud qaydalar bunu deyir. Amma valideynin birini itirmiş şəxslər ilə onların gəlir mənbəyinə baxmaq lazımdır. Burada mütləq şəkildə nəzərə almaq lazımdır ki, əgər vəfat edən atadırsa, ananın əmək qabiliyyəti heç də ailənin bütün xərclərini ödəməyə uyğun deyil. Ona görə hesab edirəm ki, ailə başçısını itirmə məsələsinə xüsusilə diqqət yetirmək lazımdır. Mövcud qaydalara görə ailə başçısını itirmiş və digəri birinci, ikinci qrup əlil olanlar təhsil haqqından azaddırlar. Biz bu sferanı bir azda genişləndirməli və təkmilləşdirməliyik. Belə ki, vəfat edən atadırsa, ananın öhdəliyində olan uşaqlar təhsil haqqından mütləq azad olunmalıdırlar. Çünki qadının əmək qabiliyyəti və gəliri kişi ilə eyni deyil".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1016   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun