Ermənistanda vətəndaş itaətsizliyi: Paşinyan Azərbaycanla danışıqları DAYANDIRIR? - ŞƏRH
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb. Aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir. Təkcə ötən gün keçirilən aksiyada 150-dən çox etirazçı saxlanılıb. Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. Sözügedən aksiyalar davam edərsə, Paşinyan Azərbaycan ilə birbaşa danışıqları dayandıracaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılıq təkcə iki tərəfin məsələsi deyil. Bu həm də beynəlxalq ictimaiyyətin dəstəyi və razılığı ilə əldə olunmuş bir prosesdir:
"Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə belə, bu proses dayanmayacaq. Çünki Ermənistanda hətta yeni qüvvələr belə hakimiyyətdə qalmaq üçün qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyət göstərməlidir. Bununda əvvəli və ilki Azərbaycan ilə münasibətlərin normallaşmasından başlayır. Çünki gələcəkdə ehtimal olunan qüvvələr Azərbaycan ilə müharibə aparmaq gücündə deyil. Çünki Ermənistanın elə güclü ordusu yoxdur".
Sədrəddin Soltanın sözlərinə görə, bu tipli hadisələr və ruh yüksəkliyi ilə Ermənistanın Azərbaycana qarşı aksiyalar keçirməsi mümkünsüzdür və beynəlxalq normalar ilə qanunsuzdur:
"Artıq iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində addımlar atılır. Yeni qüvvələr sülh prosesinə qarşı çıxış etsələr özlərinə problem yaranar. Odur ki, bu aksiyalar hər hansı formada davam etsə belə danışıqlar prosesi dayanmayacaq. Bundan başqa danışıqlar prosesi həm də Nikol Paşinyanın siyasi-ideoloji hədəflərindəndir. Bunu həm də Nikol Paşinyan istəyir. Onlar bu hədəfdən çətin qayıdar. Proseslər və danışıqlar davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1072 Tarix: 14 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun