Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİXBu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq.

Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb.

Lent.az Trinidad və Tabaqoda baş verən həmin hadisə barədə yazını təqdim edir.

1982-ci ildə əsl adı Lennoks Filip olan keçmiş polis işçisi Trinidad və Tabaqoda "Camaat əl-Müslimin" təşkilatını yaradır. O, İslamı qəbul edərək Yasin Əbu Bəkr adını götürür və paytaxt Port-of-Speyndə ölkə əhalisinin 5%-ni təşkil edən müsəlmanlar üçün dini mərkəz yaradır.

Amma həmin mərkəz hökumət rəsmiləri tərəfindən qanunsuz hesab olunur və tez-tez polis reydləri ilə üzləşir.

1985-ci ilin iyulunda bankın keçmiş baş auditoru və Əbu Bəkrin əsas müavinlərindən biri olan Əbdül Kərim polis nəzarətində olarkən naməlum şəxs tərəfindən öldürülür. İşin üstü açılmadığı üçün bu hadisə "Camaat əl-Müslimin" və dövlət arasında münaqişənin başlanğıcı olur.

1988-ci ildə polis "Camaat əl-Müslimin" icmasına basqın edir, silah və sursatları müsadirə edir və 34 üzvü həbsə alır. İcma üzvləri oğurluq, soyğunçuluq, qanunsuz silah saxlama, zorlama və adam öldürmə maddələri ilə ittiham olunurlar.

Bu hadisə "Camaat əl-Müslimin" üzvlərini hökumətin repressiya və qanunsuz olaraq torpaqlarını işğal etdiyinə inanmağa vadar edir.

27 iyul 1990-cı il cümə günü "Camaat əl-Müslimin" Trinidad və Tobaqo hökumətinə qarşı çevriliş etməyə cəhd edir. Onların ilk işi axşam saat 17:50 radələrində polis binasını partlatmaq olur, axşama doğru yanğın nəticəsində bina tamamilə dağılır. Demək olar ki, eyni vaxtda Bilal Abdullanın başçılıq etdiyi 42 nəfərlik dəstə parlamentin yerləşdiyi "Qırmızı Ev"ə basqın edərək Baş nazir Robinsonu və onun kabinetinin çox hissəsini girov götürür. Yasin Əbu Bəkrin başçılıq etdiyi 72 nəfərlik dəstə isə Trinidad və Tobaqo televiziyasının binasına, həmçinin 2 radiostansiyaya hücum edir.

Saat 18:20-də Yasin Əbu Bəkr ilk dəfə televiziyaya çıxır və hökumətin devrildiyini və ordu ilə danışıqlar aparıldığını açıqlayır. O, sakitliyə çağırır və bildirir ki, heç bir talan, cinayətə yol verilməməlidir.

Baş nazir Robinson orduya silahlılara hücum əmri verməyə çalışarkən döyülür və ayağından güllələnir. Buna cavab olaraq ordu və polis "Qırmızı Evi"n ətrafını mühasirəyə alır. Paytaxt Port-of-Speyn və digər şəhərlərdə geniş miqyaslı talan və yanğınlar baş verir, lakin ölkənin qalan hissəsində sakitlik hökm sürür.

Prezident səlahiyyətlərini icra edən Emmanuel Karter tərəfindən 28 iyul səhər saat 9:00-da fövqəladə vəziyyət elan edilir.

Hücum zamanı "Qırmızı Ev"də olmayan bir neçə kabinet üzvü "Trinidad Hilton" otelində məskunlaşır.

Ordu günü "Camaat əl-Müslimin" 6 canlı yayımından sonra radiotezliklərini ələ keçirməyi bacarır və onların ölkə üzrə yayımının qarşısını alır. Bu silahlıların əhaliyə müraciətlərini önləyir və onların televiziya binası ilə "Qırmızı Ev"də izolyasiya vəziyyətinə salır. Mühasirə vəziyyətində olan silahlılar təslim olmaq üçün ordu ilə danışıqlara başlayır və 6 günlük danışıqlardan sonra avqustun 1-də təslim olurlar.

Nəticədə təslim olan "Camaat əl-Müslimin" üzvləri vətənə xəyanətdə mühakimə olunur, lakin Apellyasiya Məhkəməsi onların təslim olmalarını təmin etmək üçün təklif edilən amnistiyanı qüvvədə saxlayır və onlar sərbəst buraxılırlar.

Çevriliş cəhdi zamanı təxminən 24 nəfər həlak olur, Trinidad və Tabaqoya milyonlarla dollar dəyərində maddi ziyan dəyir. Hadisələrdən sonra hökumət dəyişikliyi olur və ölkədə ciddi böhranlara yol açır.
Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİXBu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİXBu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1175   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun