Ev alanlara ƏDV-nin qaytarılması ilə bağlı XƏBƏRDARLIQ -VİDEO
2022-ci ilin noyabrın 21-dən bu il mayın 1-ə qədər daşınmaz əmlaka görə ƏDV-nin bir qismini geri almağa görə 15 mindən çox vətəndaş müraciət edib. Onların bir qismi isə imtina cavabı alıb. İmtinaya səbəb olan hallar arasında ödənişin düzgün aparılmamasıda var. Bəzi vətəndaşlar ev alarkən ilkin ödəniş kimi müəyyən məbləği nağd qaydada ödəyir. Qalan hissəsini isə nağdsız şəkildə köçürürlər. ƏDV-ni geri almaq istəyərkən isə məlum olur ki, bu mümkün deyil. İmtina ilə üzləşməmək üçün nələr əmək olunmalıdır?
Sonxeber.az çevirir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov "ATV Xəbər"ə açıqlama verib:
"Vətəndaşlar ödəniş qaydalarına əməl etməlidir. Ödənişin təyinatı hissəsində müvafiq məlumatlar mütləq qaydada qeyd edilməlidir. Digər xüsusi nüanslar var ki, vətəndaşların diqqət yetirməsi tələb olunur. Ödənişi etməmişdən əvvəl MTK-dan elektron qaiməni əldə etməlidirlər. Bundan sonra isə ödəniş edilməlidir. Ödəniş etdiyi təqdirdə elektron qaimənin seriya nömrəsi ödənişin təyinatı hissəsində əks olunur. Eyni zamanda ödənişi bitirdikləri təqdirdə 90 gün ərzində müraciət etməlidirlər. 90 günü keçdiyi təqdirdə artıq bu müraciətlər və ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır".
Ətraflı "ATV Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 987 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyun