Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi

Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi"Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir gün "hamıya veriliş hazırladın, bir məndən başqa" dedi. "Sənə yaxşı bir veriliş hazırlayacam, o verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam" deyəndə, çox sevindi. Hətta verilişin planını da tutmağa başladıq". Bu sözləri mənə bir neçə il öncə Əməkdar artist, Milli Dram Teatrının aktrisası Vəfa Fətullayevanın əmisi oğlu, tanınmış kinorejissor Hafiz Fətullayev demişdi. "Ömür vəfa etsəydi" filmi ekranlara çıxanda isə Vəfa Fətullayeva artıq xərçəng xəstəliyindən vəfat etmişdi. Aktrisa dünyasını dəyişəndə 42 yaşı vardı….
Vəfa Fətullayeva ilk dəfə səhnəni 8-9 yaşından tanımışdı. Şekspirin "Qış nağılı"nda anası ilə eyni səhnədə rol alması onun gələcək sənət taleyini müəyyən edir. İki böyük sənətkarın - teatrın baş rəssamı Nüsrət Fətullayevin və SSRİ Xalq artisti Hökumə Qurbanovanın ailəsində doğulması, ailələrində teatr köklərinin olması onun səhnəyə gəlişində rol oynayır.

Vaxtilə onunla səhnədə oynayan, teletamaşalara birlikdə çəkilən aktyorlar indi Vəfa Fətullayevanı səmimi insan, vəfalı dost və bəxtsiz qadın kimi xatırlayırlar.

"Açın gözlərinizi, yoldaş İvanov, açın..."

"Mən 61 ildir teatrda işləyirəm. Vəfa teatra gələn gündən birlikdə çalışmışıq, müxtəlif tamaşalarda tərəf-müqabil olmuşuq", - deyə Xalq artisti Rafiq Əzimov xatırlayır:

"Vəfanın teatra gəldiyi illər çox maraqlı idi. Görkəmli sənətkarımız Tofiq Kazımov onu institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə roluna dəvət etdi. Vəfanın bu rolu çox uğurlu alındı". R.Əzimov mərhum aktrisa ilə birlikdə çəkildiyi "Göz həkimi" teletamaşasını xatırlayır: "Yaddaşımda daha çox qalan "Göz həkimi" teletamaşasındakı İradə obrazıdır. O tamaşada İvanov rolunu oynamağa sonradan dəvət olunmuşdum. Rol əvvəlcə Hamlet Qurbanova verilmişdi. Amma o, məşqlərə gələ bilmirdi. Rejissor Lütfi Məmmədbəyov bu rolu mənə verdi. Vaxtilə bu rolu teatrda Ağadadaş Qurbanov oynayırdı. Çətin, psixoloji bir roldur. İvanov rolu mənə tapşırılanda artıq çəkilişlər başlamışdı. Mən az qala şok keçirdim. Səhnələrim də Vəfa xanımla bir yerdə idi. Ona yaxınlaşıb "Əgər sizi məşqə saat 10-a çağırıblarsa, biz 9-da görüşək", - deyə xahiş etdim. Vəfa xanım etiraz etmədi. Biz özümüz hər məşqdən əvvəl bir saat çalışırdıq ki, o biri aktyorlardan geri qalmayaq. Bu rolu demək olar ki, ikimiz bir yerdə hazırladıq. Çəkilişlər Botanika bağında həyata keçirilirdi. Xəstəxananın baş həkimi Nazim Əfəndiyev tamaşanın məsləhətçisi idi.

"Olarmı, xəstəxanaya gəlim, rolumun təbii alınması üçün xəstələrin müayinə və əməliyyat prosesini izləyim?" - deyə professora müraciət edəndə o, mənə şərait yaratdı. Mən doktor İradə xanımın gözümü əməliyyat edəndən sonra "Açın gözlərinizi, yoldaş İvanov, açın..." səhnəsini oynamaq üçün boş vaxtlarımda xəstəxanada həmin prosesləri izləyirdim. "Mahnı dağlarda qaldı" tamaşasında da onun Gülgəz rolu uğurlu alınıb. Hətta tamaşa Dövlət mükafatına təqdim olundu. Fuad Poladov hərbi xidmətə gedəndə Rəhman surətini mənə tapşırdılar. Mən yenə Vəfa xanıma müraciət etdim ki, birlikdə məşqlər edək. Yenə imtina etmədi, birlikdə məşq etdik". R.Əzimov deyir ki, Vəfa Fətullayeva hər rolda başqalaşmağı bacarıb. Onun sevilməsinin, rollarının uğurlu olmasının səbəbi də bu idi: "Vəfanın şaqraq gülüşü indi də qulağımdadır. Ölüm ona yaraşmırdı. Hamımız onun xəstəliyini eşidəndə sarsılmışdıq. Vəfanın ailə həyatı da uğursuz oldu. Ölümündən bir neçə ay sonra atası da, anası da dünyasını dəyişdi. Onlar Vəfanın ölümünə dözmədilər. Vəfanın ölümü hamımızı yandırdı".

"Vəfa daha təbii, koloritli və müasir idi"

"Vəfa Fətullayeva ilə aramızda az yaş fərqi vardı. O məndən 2 yaş böyük idi", - deyə Xalq artisti İlham Namiq Kamal xatırlayır: "Vəfa ilə bir institutda oxuyurduq. O, teatrşünaslıq fakültəsində təhsil alırdı. Onda heç ağlıma gəlməzdi ki, teatrda işləyəcək. Hələ institutda oxuyanda mühazirə dərslərində, bufetdə bir yerdə otururduq. Sonradan teatrda da bir çox tamaşalarda tərəf-müqabil olduq. "Göz həkimi" televiziya tamaşasında bir çəkildik. Vəfa həddindən artıq səmimi, həyati bir insan idi. Optimist, zarafatcıl idi, amma hər şeydə əndazəni bilirdi. Təəssüf ki, onun ailə həyatı da uğursuz oldu. Biz onun xəstə olduğunu da bilmirdik. Heyf ki, xəstəlik onu erkən apardı. O, hələ çox rollarda oynaya, filmlərdə çəkilə bilərdi. Çox təbii aktrisa idi. Anası Hökumə xanım da böyük sənətkar idi. Amma deyərdim ki, Vəfa daha təbii, koloritli və müasir idi. O, zamanla ayaqlaşa bilən insan idi".

"O, hər şeyi səhnəyə qurban verdi"

Tanınmış diktor, Xalq artisti Şərqiyyə Hüseynova aktrisa ilə tələbə yoldaşı və yaxın rəfiqə olub. "Vəfa teatrşünaslıqda oxuyurdu, səhnəyə o qədər həvəsi yox idi. O, anasının təkidi ilə səhnəyə gəldi və qısa müddət ərzində nə qədər gözəl obrazlar yaratdı", – deyə Şərqiyyə xanım xatırlayır: "Vəfa tez-tez bizim evimizə gələrdi. Mənim atam hərbçi idi. Biz hərbi şəhərcikdə yaşayırdıq. Böyük həyətimiz vardı. Vəfa bizə gəlməyi xoşlayırdı. Çox səmimi, vəfalı dost idi. Vəfanın çox gözəl gülüşü vardı. Xırda bir şeyə elə ürəkdən gülərdi ki, az qala uğunub gedərdi. Bizim o illərimiz çox şən keçirdi. O, Zaur adlı voleybolçu ilə nişanlı idi. Mən də nişanlı idim. Biz dördlükdə gəzməyə çıxırdıq. Vəfa səhnəyə gedəndən sonra bizim yollarımız bir qədər ayrıldı. Mən televiziyada işləyirdim. Vaxt üzündən müntəzəm görüşə bilmirdik. O, Zaurla evlənəndən bir il sonra ayrıldı. Zaur onun səhnədə olmasını istəmirdi. Onların övladları olmalı idi. Bu cür söz-söhbətlər onların ailəsini dağıtdı. Vəfa hər şeyi səhnəyə qurban verdi". ("Kaspi" qəzeti)
Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1007   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir. xəbər verir ki, batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb. Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov

21 fevral
.

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır. xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə

12 mart 2025
.

ALİANS "Metro Park Bakikhanov" Yaşayış kompleksini Təqdim edir

Alians Development inşaat sektorundə bir neçə uğurlu iri layihələrə imza atan bir şirkət olaraq, artıq yerli və xarici tikinti sektorunda özünü dəfələrlə sübut etmişdir. Keyfiyyət, etibarlılıq və müştəri məmnunluğu prinsiplərini deviz olaraq, Bakı şəhərində analoqu olmayan qeyri-adi memarlıq üslübund

27 yanvar 2025
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust 2025
.

Polis əməkdaşı həmkarına xərçəng xəstəsi olduğunu deyib özünü vurdu

Sakaryanın Erenler rayonunda polis əməkdaşı həmkarına 4-cü mərhələ xərçəng xəstəsi olduğunu bildirdikdən sonra xidməti silahı ilə özünü vurub. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı ağır yaralanan polis əməkdaşı əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb

13 fevral
.

Döyüşün ortasında qalan qız döyülərək huşunu itirdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda inanılmaz görüntülər qeydə alınıb. xəbər verir ki, bir marketin qarşısında iki qrup arasında naməlum səbəbdən dava düşüb. Tərəflər bir-birilərinə dəyənək və yumruqlarla hücum ediblər. Daha sonra digər şəxslərin də davaya qarışması ilə küçə döyüş meydanın

11 iyul 2025
.

Zaurun bu VİDEOsu izlənmə rekordu vurur

Teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, onun göyçəlilər üçün ifa etdiyi mahnı böyük marağa səbəb olub. Aparıcının oxuduğu aşıq mahnısı sosial şəbəkələrdə izlənmə rekordu vurub. Sözügedən görüntünü təqdim edirik:. [/youtube]

9 aprel 2025
.

Övladı olmayan meyxanaçının azyaşlı uşağa baxışları gündəm oldu - VİDEO

Tanınmış meyxanaçı Rüfət Nasosnu sosial mediada yayılan yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, kadrda sənətçinin bir azyaşlı uşağa baxış tərzi izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri meyxanaçının həmin anlarda duyğulanmış halını fərqli cür şər

29 oktyabr 2025
.

Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? Gala Night-da planlar açıqlandı

"Bu il "Networking Azerbaijan" biznes klubu üzvlərinə daha çox bilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyə üstünlük verəcək" – klub üzvlərini ilin ilk netvörkinqində - JW Marriott Absheron’da keçirilən "Networking Gala Night" tədbirində bir araya gətirə

11 fevral 2025