"Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın..."-Hərbi ekspert

"Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın..."-Hərbi ekspert"1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı da illər boyu aparılmış oxşar təbliğat öz işini görüb..."

"Təbii ki, Rusiya rəhbərliyində baş verənlər cəhbədəki proseslərə də bu və ya digər dərəcədə təsir göstərir. Ancaq məsələ ondadır ki, istənilən halda, məsələn, bir müdafiə naziri Şoyqunun dəyişməsi ilə bütövlükdə Kremldəki idarəçilik sistemi, düşüncə tərzi dəyişmir".

Bu fikri Moderator.az-a açıqlamasında hazırda Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev "Necə hesab edirsiz, Rusiya daxilində gedən son proseslər, Putinin siyasi və hərbi rəhbərlikdə etdiyi dəyişikliklər, o cümlədən Sergey Şoyqunu müdafiə naziri postundan azad etməsi cəbhədəki hərbi əməliyyatların gedişinə nə dərəcədə təsir göstərir?" sualını cavablandırarkən ifadə edib.

"Bildiyiniz kimi, Rusiya təxminən 360 milyard dollarlıq büdcəsinin üçdə birini, yəni 120 milyard dollarını hərbi sahəyə xərcləyir. Və sözsüz ki, müharibəyə ayrılan vəsait oğurlanır. Görünür, Putin bundan narahat olub və Şoyqunun yaxın ətrafındakıların, o cümlədən müavini Timur İvanovun da həbsi bununla bağlıdır. Müdafiə naziri təyin etdiyi şəxs – Andrey Belousov isə indiyədək Putinin baş köməkçisi olub. O, qruplaşmaların üzvü deyil, Putinin ən yaxın adamlarından biridir. Deyilənə görə, yaxşı menecerdir, odur ki, ordunu Şoyqudan daha düzgün idarə edə bilər. Lakin yenə də korrupsiyalaşmış, motivasiyası olmayan, yəni bütövlükdə nə üçün döyüşdüyünü bilməyən Rusiya ordusu yerində qalacaq. Düzdü, Rusiya əhalisinin əksər hissəsinin beyni yuyulub, onlar inandırılıb ki, guya Ukraynada kütləvi şəkildə nasistlər var, ruslara nifrət edən bir dövlət, bir qurum var. Siz də, biz də bilirik ki, bu, belə deyil. Ancaq, təəssüf ki, yanlış təbliğat öz işini görür... 1990-cı lin 20 Yanvar qətliamından sonrakı günlər yadıma düşür; faciədən bir neçə gün sonra rus əsgərləri danışırdılar ki, bizə öncədən Bakıda rusların kütləvi şəkildə qətlə yetirildiyini demişdilər, ona görə də biz şəhərə daxil olan kimi qarşımıza çıxan hər kəsə atəş açırdıq. Ukraynaya qarşı da illər boyu aparılmış oxşar təbliğat öz işini görüb. Lakin yenə də biz axı internet dövründə yaşayırıq... Bir sözlə, Rusiya rəhbərliyindəki dəyişikliklərdən sonra da nəyinsə xüsusi dəyişəcəyini demək çətindir", - deyə davamında ekspert bildirib.

"Kreml isə silahlanma yarışına girişir, buna da ölkənin nə iqtisadiyyatı, nə də texnologiyaları yol verir. Bu gün Rusiyanın istifadə etdiyi mərmilər 1970-ci illərdə istehsal olunmuş və Şimali Koreyadan alınan mərmilərdir. Moskva sovet dövründə belə ölkələrə verdiyi mərmiləri indi geri alır. Bu gün Rusiya hərbi sənaye kompleksini müəyyən həddə qədər qaldırıb, bundan artığını edə bilmir. Belousovun nazir təyin edilməsi də hərbi sənaye kompleksini(HSK) qaydaya salmaq, yeni növ müasir silahların, o cümlədən dronların istehsalı məqsədi güdür. Belousov da Nazirlər Kabinetində məhz Rusiyanın dronlarla bağlı dövlət proqramına rəhbərlik edən bir şəxs olub. Putin həm də özünə yaxın şəxsi nazir təyin edib ki, hərbi sahəyə ayrılan pul vəsaitlərinə nəzarət etsin, pullar ondan xəbərsiz oğurlanmasın, oğurlansa da, özü oğurlasın. Çünki Rusiyada hərbi büdcənin oğurlanması çox ciddi bir faktdır",- deyə polkovnik vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 857   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun