Xocalı aeroportu BƏRPA EDİLƏCƏK: Bu formada tikilə BİLƏR - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Bir müddət əvvəl mətbuatda Xocalı hava limanının da separatçı rejimin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, o cümlədən tikintinin "Nənə və Baba" heykəlinə bənzədiyi ilə bağlı məlumatar yayıldı. Bu baxımdan Xocalı hava limanı yenidən bərpa edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Xocalı hava limanının sökülərək daha müasir formada inşa ediləcəyi gözləntisi var. Bunun əlbəttə ki, birdən çox səbəbi var. İlk olaraq bu aeroport sovet dövründə Azərbaycan tərəfindən tikilib. O vaxtkı məlumatlara görə daha çox kənd təsərrüfatı müəssisələri istifadə edib:
"Daha sonra isə Heydər Əliyevin hakimiyyəti dövründə bu aeroport daha müasir formada tikildi. İşğal dövründə ermənilər onu sökərək özlərinə məxsus formaya saldılar. Məsələn Xocalı aeroportunun binasının formasının separatçıların qondarma gerbinə bənzədildiyi deyilir. Belə bir fikirlər var. Ümumiyyətlə bölgədə separatçılara aid heç bir nişan qalmamalıdır. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən onların inşa etdiyi binalar müasir dövrə uyğun deyil. Heç bir standartlara cavab vermir. Ona görə aeroportun söküləcəyi ehtimalı daha çoxdur. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərdə yeni hava limanlari inşa edilir. Füzuli Beynəlxalq Hava Limanı kifayət qədər müasir standartlara uyğundur. Hazırda Xocalı aeroportu müvafiq standartlara cavab vermir. Azərbaycan tərəfi Xocalı aeroportunu daha müasir formada bərpa edəcək".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın öz rəmzlərinə uyğun bir hava limanı tikilə bilər. Çünki bu sovet dövründə Azərbaycan tərəfindən tikilmiş və bizə məxsus olan bir tikilidir. İşğal dövründə isə bu aeroport dəyişdirildi:
"Ümumiyyətlə Xocalıda hava limanına ehtiyac var. Bəzi ərazilərdə hava limanı inşa edilsə də, Xocalıda logistika baxımından belə bir hava limanı lazımdır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Oranın həm iqtisadi potensialı böyükdür, həm də gələcəkdə xarici investisiyaların yatırılması daha aktualdır. Bərpa işlərindən sonra xarici ölkələr bu ərazilərdə böyük kapital qoya bilərlər. Qarabağ və Şərqi Zəngəzurun yaşayış və iqtisadi baxımından "qaynar" bölgəyə çevriləcəyi gözlənilir. Bu baxımdan hava limanına ehtiyac var. Əlbəttə ki, proseslər qərarlardan asılı olacaq. Amma həm milli rəmzlərimizə, həm də beynəlxalq standartlarımıza uyğun hava limanı inşa edilməsi gözlənilir. Digər tərəfdən orada uçuş zolağının standartlara uyğun olmadığı da bəllidir. Hətta işğal dövründə belə ermənilər orada daha çox helikopter qaldıra bilirdilər. Uçuş zolağıda buna imkan vermir. Bu onu deməyə əsas verir ki, Xocalı aeroportu müasir standartlara uyğunlaşdırılmalıdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA