Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ... - AÇIQLAMA

Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ... - AÇIQLAMAQubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələrinin şəhərsalma əsaslandırılması hazırlanacaq. Bununla bağlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı müvafiq işlərə başlayıb. Bərpa-quruculuq işləri tamamlandıqdan sonra azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlər yerləşdirilir və dövlət tərəfindən mənzillərin açarları isə təqdim olunur. Bəs sözügedən ərazilərdə məcburi köçkün olmayan vətəndaşlar öz evlərini tikə biləcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, bir sıra rayonlarda şəhərsalma planları hazırdır. Elə rayonlar və mərkəzləri var ki, xüsusi olaraq şəhərsalma planlarına əsasən həyata keçirilir:

"Yəni burada digər fərdi yaşayış evlərinin tikintisi şəhərlərin baş planına uyğun olmalıdır. Lakin vətəndaşlara daha çox Kəlbəcərdə şəhərin mərkəzində öz evlərini inşa edə bilməyəcək. Çünki Kəlbəcərin şəhəri sırf turizm nəzərdə tutulub. Orada istirahət mərkəzləri və otellər inşa olunacaq. Şəhərin özündə fərdi yaşayış evləri yox, ən çox çoxmənzilli binaların inşası nəzərdə tutulub. Kəlbəcər şəhərində həmin binalardan vətəndaşlara ev verilə bilər".

Ekspertin sözlərinə görə, Kəlbəcərin kəndlərində isə vətəndaşlara fərdi yaşayış evlərini tikə biləcək. Bölgədə mina məsələləri öz həllini tapdıqdan və məskunlaşma üçün şərait yaradıldıqdan sonra, həyata keçiriləcək:

"Məcburi köçkün olmayan vətəndaşlarımızda bu istiqamətdə müraciət edə biləcəklər. Onların müraciətləridə müsbət qiymətləndirilir. Onlarada müvafiq yerlər ayrıla bilər. Bunun üçün digər rayon və şəhərlərdə olduğu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq saytı vasitəsilə müraciət olunacaq. Həmin şəhərlərin, kəndlərin və rayonların baş planlarına uyğun olaraq ərazidə yerlər ayrılacaq. Məcburi köçkünlər isə bu evlər pulsuz olaraq inşa edilib təhvil veriləcək".

Şəhərsalma əsaslandırılmasının hazırlanması işləri Cəbrayılın Yuxarı Mərcanlı, Cocuq Mərcanlı kəndləri, Qubadlının Balasoltanlı, Qaraimanlı, Padar, Xocik, Mərdanlı, Diləli Müskənli, Saray, Qəzyan kəndləri, Laçının Səfiyan, Türklər, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Daşlı kəndi, Hətəmlər, Hacıxanlı, Bulaqdərə, Qovuşuq, Vəlibəyli, Narışlar kəndləri, Kəlbəcərin isə Keşdək, Çəpli, Susuzluq kəndlərini əhatə edəcək.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2926   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun