Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər

Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlərYəqin ki, Azərbaycan estrada sənətində Aygün Kazımovanın rolunu başqa heç kim oynaya bilməzdi. O, öz cəsarəti ilə yeni bir yol açdı və arxasınca gələnlər də ulduz oldular, lakin heç kim 36 illik sənət yolunda onun şöhrətinə kölgə sala bilmir.

Lent.az "Bioqrafiya" rubrikasında şou-biznesin sərhədlərini aşan, səhnə performansı, davranışları, yaradıcılığı ilə özünə nömrə bir dedirtməyi bacaran Xalq artisti Aygün Kazımovadan bəhs edir.

- Aygün Kazımova haralıdır, o nə zaman, harada anadan olub?

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakının Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası, Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı, Zəngibasar rayonunun Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır.

- Aygün Kazımova harada təhsil alıb?
Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə gedib. 8-ci sinifdə oxuyarkən atasını itirib. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman, Ozan qrupunun solisti olaraq çıxıb.
9-cu sinfi bitirib orta məktəbdən uzaqlaşıb. 1986-cı ildə Mədəni Maarif texnikumuna daxil olub və bu təhsilini də yarımçıq saxlayıb.

- Aygün Kazımova nə zamandan səhnədədir?

1988-ci ildən peşəkar səhnəyə addım atıb.

- Aygün Kazımova ilk dəfə nə zaman ailə qurub?

18 yaşı tamam olan kimi, 1989-cu ilin 24 dekabrında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimova qoşulub qaçıb. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib.
Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılıb. Buna əsas səbəb isə, özünün dediyinə görə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub. Onun ilk həyat yoldaşı məhkumluq həyatı da yaşayıb.

- Aygün Kazımova ikinci dəfə ailə qurub?

1998-ci ildə parlamentin sabiq spikeri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Bakıda hava limanında həbs olunarkən Xalq artisti Aygün Kazımova gözü yaşlı şəkildə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi.

- Aygün Kazımovanın neçə sevgilisi olub?

Aygün Kazımova eks energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşayıb. 2002-ci ildə Türkiyə mətbuatında, xüsusilə Hürriyət qəzetində Aygün Kazımova və "Best Model Of the Turkey" yarışmasının finalisti Mert Kılıçın eşq macərası yaşadığı ilə bağlı silsilə məqalələr dərc olunmuşdu.
2004–2011-ci illərdə Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə qeyri rəsmi ailə həyatı qurub. Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı Solmaz Şükürova bu münasibət haqqında belə demişdi:
"Əslində Aygün Kazımovanın həyatı haqqında bunca qalmaqallı xəbərlərin yayılması onun səmimiyyətindən, cəsarətindən irəli gəlir. Lakin onun məşhurluğu və daim bir nömrə kimi qalmasının səbəbi isə təbii ki, bu qalmaqallar deyil. O, bunu peşəkar səhnəyə ilk dəfə çıxdığı gündən – 1988-ci ildəki "Bakı Payızı" yarışmasından sübut edib" .

Aygün Kazımova illər öncə Kamran Həsənlinin apardığı bir şou proqramda həyatında həddən çox kişi olduğunu demişdi. O zaman hələ "Diva" titulunu almamış şıltaq Aygünün bunu məşhurlaşmaq xatirənə dediyi düşünülür.

- Aygün Kazımovanın psixi pozuntusu var?

Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyini ilk dəfə 2015-ci ildə etiraf edib. Qeyd edək ki, bu xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştah) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daş kömür, daş yeyirlər.

- Aygün Kazımova müharibə iştirakçısı olub?

Aygün Kazımova I Qarabağ müharibəsində döyüşçü kimi iştirak edib. O körpə balasını anasına əmanət edərək, könüllü döyüş bölgəsinə yollanıb.

- Aygün Kazımova neçə dəfə plastik əməliyyat etdirib?

Azərbaycana plastik əməliyyatları dəbə çevirən müğənni də Aygün Kazımovadır. O dəfələrlə sinəsinin, burnunun, dodaqlarının formasını dəyişdirib, özünü arıqlatmaq üçün bıçaq altına yatıb. Müsahibələrinin birində Xalq artisti belə deyib: "Hər plastik əməliyyat mənim üçün böyük təhlükə, riskdir. Keçirdiyim plastik əməliyyatların sayını itirmişəm. Döşlərimi əvvəlcə böyütdüm, sonra da kiçiltdim. Burnumda da əməliyyat etdirmişəm. Vaxtilə həndbolla məşğul idim. Oyun zamanı dəfələrlə burnumu topun zərbəsi ilə zədələmişdim. Bundan başqa, dəfələrlə liposaksiya əməliyyatı da keçirmişəm".

Son dəfə etdirdiyi gəncləşmə əməliyyatı Kazımovanın ən uğurlu əməliyyatı sayıla bilər. Dəfələrlə imicini təzələyən müğənni efirə hər dəfə yeni bir obrazda çıxmağa adət edib.
- Aygün Kazımovanın səhnə uğurlarında kimlərin rolu olub?

Aygün Kazımova Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısı ilə ilk qran-pri mükafatını qazanıb. Bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olub. Cavanşir Quliyev Aygünün püxtələşməsində böyük rol oynayıb.

- Aygün Kazımova niyə efirlərdə az görünür?

Son vaxtlar efirdə tez-tez görünməyən müğənni öz sənət fəaliyyətində dəyişiklik edib. Əvvəllər hər gün ekranlarda olan müğənni artıq geri çəkilərək, özünə bir əlçatmazlıq imici yaradıb. Son illər mətbuata açıqlama və müsahibə vermir. Aygün tamaşaçı ilə bütün sərhədləri qıran, lazım olanda gəlib onun dizinin üstündə oturan, lazım olanda onun başını sinəsinə sıxan komplekssiz bir müğənnidir. Onun səhnə şoularını heç kim təkrarlaya bilmir. Mütəxəssislərin fikrincə onun komplekssiz davranışları ölkə şou-biznesini xeyli irəli aparıb.

Aygün Kazımova Azərbaycan səhnəsində elə cəsarətli, riskli addımlar atıb ki, bu addımı heç illərlə Qərb səhnələrində üfüqlər dağıdan məşhur müğənnilər belə bacarmamışdı.

- Aygün Kazımovanın həyatında müxtəlif vaxtlarda fərqli rollar oynamış kişilər kimdir?

Aygünü gənc yaşında kəşf edib xalqa təqdim edən məhz Cavanşir Quliyev olub. Cavanşir müəllim deyir ki, "Aygün mənim ən gözəl əsərimdir".

İlqar İbrahimov. Aygün xanımın rəsmi nikahda olduğu ilk kişi. Onların bu izdivacdan İlqarə adlı qızları dünyaya gəlib.

Rza Quliyev. 90-cı illərin sonlarında Aygün Kazımaova ilə Rzanın sevgisindən hər kəs danışırdı.

Namiq Qaraçuxurlu. Aygün xanım onunla 7 il ər-arvad kimi yaşadığını deyib.

Fərhad Əliyev. Keçmiş Energetika naziri Natiq Əliyevin oğlu olan Fərhadla Aygünün çox yaxın münasibəti olub. Xalq artisti bu münasibətin Fərhadın ikinci evliliyinə qədər davam etdiyini söyləyib.

Snup Doq. Dünya şöhrətli repçi Snup Doqla olan layihəsindən ötrü Aygün xanım bıçaq altına girib, evini satıb və bu dueti ən böyük uğursuzluğu hesab edir.

Rasim Məmmədov. Hazırda həbsdə olan iş adamı ən son dəfə Xalq artistinə Bakının mərkəzində bahalı mənzil bağışlaması ilə gündəmə gəlmişdi.

- Aygün Kazımova toylara gedir?

Aygün Kazımova toylarda ən gözəl şou sərgiləyən müğənnidir.

- Aygün Kazımovanın toy qonorarı nə qədərdir?

O toyları idarə etmək üçün özü üçün (ansamblın qonorarı ayrıdır) ən az 8 min manat tələb edir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1799   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Basketbol klubu kirayə qiymətlərinə görə oyunçusunu həbsxanaya yerləşdirdi

Bosniyanın Foça şəhərinin "Sutjeska" basketbol klubu kirayə qiymətlərinin yüksək olması səbəbindən futbolçusunu həbsxanaya yerləşdirib. xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb. İdmançının adı açıqlanmayıb. Bildirilib ki, klub şəhərdə uyğun mənzil tapa bilmədiyi üçü

25 sentyabr 2024
.

İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hindin həyat hekayəsi həm ürək dağlayır, həm də insan iradəsinin gücünü göstərir. Ona nadir rast gəlinən, çox ağır gedişə malik və müalicəsi son dərəcə çətin olan "jele xərçəngi" - elmi adı ilə Pseudomiksoma Peritonei diaqnozu qoyulub. xəbər verir ki, hə

29 may
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust
.

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne

29 iyul
.

"Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı" - DEPUTAT

21 avqust 2025-ci ildə Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı. Bu səfər həm Böyük Qayıdış Proqramının ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisi, həm də dövlətimizin işğaldan azad edilmiş torpaqların bərpasına verdiyi önəmin bariz nümunəsi oldu. Ölkə Prezident

24 avqust
.

Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyulun 2-də mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +2

1 iyul
.

Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır

Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma

24 fevral
.

Yaxşı yatmağa kömək edəcək üç "şah" məhsul

"Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya "sosial jet laq" adlanan vəziyyətdir". -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilo

24 noyabr 2024
.

Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurumdan AÇIQLAMA

Meymunçiçəyi çox nadir hallarda rastlanılan zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. "Xəstəlik adətən 2-4 həftə dava

22 avqust 2024