Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray - TARİX

Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray - TARİXDaha çox filmlərdən gördüyümüz və sırf Yaponiya tarixinə aid samuraylar arasında qeyri-millətlərin nümayəndələri də olub. Onlar arasında hətta qaradərili samuray belə olub.

Lent.az Yaponiya tarixində Yasuke adı ilə tanınan həmin samuray barədə məlumatı təqdim edir.

Hazırda qaradərili döyüşçünün nə anadan olduğu ölkə, nə də doğulduğu il etibarlı şəkildə məlum deyil. Bununla belə, əksər tarixçilər və tədqiqatçılar onun Mozambikdən olmasını düşünür. Çünki məhz Mozambikdən qul əməyinin təşəbbüskarı olan portuqaliyalı tacirlər əsas işçi qüvvəsini alırdı. Afrika qitəsindən gələn ilk mühacirlərin Yaponiyaya 1546-cı ildə Portuqaliya donanmasının kapitanı Xorxe Alvaresin ekspedisiyası ilə birlikdə gəldiyi etibarlı şəkildə məlumdur.

Tarixi tədqiqatlara əsasən, Yasuke 1579-cu ildə Yaponiyaya ayaq basır. O, yerli ərazilərə xristian missioneri kimi vacib bir missiya üçün gələn portuqaliyalı Alessandro Valinyanonun xidmətçisi kimi gəlib. 1581-ci ilin martında Valiyano Yaponiya paytaxtı Kiotoya çatır və yerli hökmdar - Oda Nobunaqa ilə görüşür.

Qarşısında qaradərili Yasukeni görən yapon hökmdar missioner Valiyano ilə deyil, məhz onun qulu ilə maraqlanırdı. Hündür qaradərili nəhəng (təxminən 2 metr boyunda) təkcə adi insanlar arasında deyil, həm də təcrübəli zadəganlar arasında əsl maraq doğurur. Oda Nobunaqa özünəməxsus şövqlə Yasukenin dərisinin qara olmasına inanmayıb, əvvəlcə onun soyunmasını, sonra isə dərisinin qaşımasını tələb edir.

5 dəqiqəlik məcburi sanitar-estetik prosedurlardan sonra dərinin rənginin həqiqətən qara və təbii olduğu yaponlara aydın olur. Şok və sürpriz dalğasını dəf edən Nobunaqanın qardaşı oğlu dərhal Yasukeyə qızıl pullar verir və hökmdar özü Valiyanoya Yasukeni Kiotoda öz xidmətində saxlamağa dəvət edir. Yasuke Oda Nobunaqanın xidmətinə qəbul edilir. Və karyerası sürətlə irəliləyir.

Bir il ərzində Yasuke əvvəlcə Nobunaqanın şəxsi mühafizəçisi, sonra isə Nobunaqa tərəfindən verilən mərasim bıçağı ilə birlikdə samuray statusu alır. Daha sonra samuray Yasuke şəxsi iqamətgaha da sahib olur.

Hökmdar üçün böyük maraq obyekti olan Yasuke tez-tez yorğun Nobunaqanın asudə vaxtını şənləndirir və nadir hallarda, o zaman tamamilə qeyri-mümkün təsəvvür edilən hökmdarla birlikdə şam yeməyinə də qalırdı. Afrika mənşəli samuray yapon dilini öyrənərək, Nobunaqanın hərbi xidmətində dururdu və onunla Afrika və Yaponiyadakı vəziyyət haqqında çox müzakirə aparırdı.

Lakin Yasukenin Yaponiyadakı xoş günləri çox çəkmir. Hərbi rəqibi Akeçi Mitsuhide ilə mübarizədə məğlub olan Oda Nobunaqa 1582-ci ildə məcburi intihar (harakiri) edir.

Hökmdarının ölümündən sonra samuray Yasuke onun varisi Oda Nobutadanı dəstəkləyir. O, Nijo qalasında Yasuke Nobutada qüvvələri ilə birlikdə döyüşür, lakin sonda Akeçi Mitsuhidenin qüvvələri tərəfindən əsir götürülür. Yasukenin sonrakı taleyi haqqında heç nə məlum deyil, lakin onu tutanlar Yasukeni heyvan hesab edirdilər və məhbusun dərisinin qeyri-adi rəngindən açıqca iyrəndilər. Buna görə də Yaponiyanın ilk və son Afrika mənşəli samurayının edam olunması ən çox ehtimal olunan seçimdir.
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray - TARİX


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 554   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun