İranda səfirliyimiz yenidən AÇILACAQ? - AÇIQLAMA

İranda səfirliyimiz yenidən AÇILACAQ? - AÇIQLAMAİran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisi helikopterlə Şərqi Azərbaycan vilayətində qəzaya uğrayaraq vəfat edib. İran rəsmiləri qəzanın baş vermə səbəbini əlverişsiz hava şəraiti və texniki nasazlığa görə baş verdiyini bildirib. Lakin buna baxmayaraq, baş verən hadisə ilə əlaqədar İran daxilində və dünya ölkələrində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparanların sayı az deyil. Məqsəd iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib. Belə olan təqdirdə təhlükəsizlik baxımından İranda Azərbaycan səfirliyinin açılması gözləniləndir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, İran prezidenti və rəsmilərinin ölümü ilə nəticələnən qəzanı təkcə İran daxilində yox, bir neçə ölkə Azərbaycanın üzərinə yıxmağa çalışırdılar:

"Burada Amerika, Türkiyə və İranın özləri də bildirdilər ki, qəza hava şəraiti ilə əlaqədardır. Əgər hava şəraiti ilə əlaqədardırsa, bunu Azərbaycanın üzərinə yıxmaq yaxud üzərinə gətirmək kimi bir anlayış ola bilməz. İran özü də rəsmi olaraq bəyanat verdi ki, baş verən qəza əlverişsiz hava şəraitinə görə baş verib. Bu məsələnin Azərbaycanın üzərinə gətirilməsi ilə məşğul olan qruplar var. Hesab edirəm ki, bu qrupların atdığı addımlardan heç bir nəticə çıxmayacaq".

Ekspert indi məqamda İranda Azərbaycan səfirliyinin açılmasında heç bir təhlükə görmür:

"İki ölkə arasında prezidentlər səviyyəsində görüş keçirildi. Hərbi məsələdə Azərbaycan müdafiə nazirinin müavini İrana səfər etdi və ölkələr arasında böyük layihələr ilə bağlı müqavilələr imzalandı. Ən azından şimal-cənub layihəsi ilə bağlı məsələlər öz həllini tapıb. Hesab edirəm ki, bütün bunların fonunda İran Azərbaycana qarşı hansısa bir təxribat törətməz. Ümumiyyətlə bundan sonrakı mərhələdə İran digər ölkə səfirliklərindən daha çox, Azərbaycan səfirliyinin qorunmasına, təhlükəsizliyinin təmin olunması yönündə addımlar atacaq".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 952   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun