Tarixin ən varlı adamı: İlk dəfə üzünü göstərdilər - VİDEO
Alimlər üç min dörd yüz ildə ilk dəfə olaraq qədim Misirin ən məşhur və varlı fironlarından biri Tutanxamonun əcdadı III Amenhotepin üzünü yenidən yaradıblar. Layihəyə braziliyalı qrafik dizayneri Cicero Morais rəhbərlik edib. O, müasir texnologiyadan istifadə edərək, mumiyasının tədqiqatlarından əldə edilən məlumatlar əsasında fironun üz cizgilərini rekonstruksiya edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, III Amenhoter eramızdan əvvəl 14-cü əsrdə hökm sürmüş və Misir tarixinin ən böyük hökmdarlarından biridir. Onun dövrü sülh və firavanlıq dövrü idi. III Amenhotepi təsvir edən heykəllərin çoxluğuna baxmayaraq, onun həqiqi görünüşü haqqında hələ də dəqiq bir fikir yoxdur. Müasir rekonstruksiya üsulları fironun ən etibarlı obrazını yaratmağa imkan verib.
Yenidənqurma prosesində fironun kəllə sümüyünün fotoşəkilləri və canlı donorların məlumatlarından istifadə edilərək burun, qulaq, göz və dodaqlar yaradılıb. Morais Amenhotepin bədən quruluşu ilə bağlı tarixi məlumatları da nəzərə alaraq onu güclü bir insan kimi təsvir edib. Nəticə, fironun ənənəvi zərgərlik və geyimlərlə tamamlanmış, orijinallıq və vizual cəlbedicilik əlavə edən tam büstü olub.
Flinders Universitetinin arxeoloqu Maykl Habichtin dediyinə görə, 1970-ci illərdə aparılan araşdırmalar Amenhotep III-ü artıq çəkili, hərəkətsiz və həyatının son mərhələlərində sağlamlıq problemləri yaşayan biri kimi təsvir edir. Firon çox hündür deyildi - onun boyu təxminən 156 sm idi.
Onun misilsiz sərvətindən də bəhs edilir, bunu Misirdə qızılın "qum qədər çox" olduğunu iddia edərək, firondan qızıl hədiyyələr üçün yalvaran xarici diplomatların məktublarında vurğulanır. Bəzi fərziyyələr III Amenhotepin mumiyasının qızıl yarpaqla örtüldüyünü söyləyir.
III Amenhotepin simasının bərpası təkcə elmi maraq kəsb etmir, bu, əfsanəvi hökmdarın həyatına qayıdışdır, müasir insanlara onun dövrünü və nailiyyətlərini daha yaxşı başa düşməyə imkan verir. Bu layihə keçmişlə bu gün arasında bir növ körpü olub, bəşər tarixinin əsas simalarından biri ilə "tanışmaq" imkanı yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1250 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyun