Ailə başçısını itirməyə görə müavinət 500 manata qaldırılır? - AÇIQLAMA
Qanunvericiliklə Vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək) 120 manat müavinət verilir. Sözügedən müavinətin məbləği 120 manatdır. Bildiyimiz kimi, ailə başçısını itirmiş qadınlar bu gün uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Hətta çox ekspertlər deyir ki, ana çalışsa belə onun qazancı həyat yoldaşının gəliri ilə bir deyil. Ananın aylıq qazancı uşaqların ehtiyaclarını tam təmin edə bilmir. Bu baxımdan vəfat etmiş şəxslərin övladlarına verilən 120 manat 500 manata qədər qaldırıla bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Rəşad Əsgərov deyir ki, Azərbaycanda verilən sözügedən müavinət mövzu üzrə məbləğ nə qədər artsa da insanları qane eləmir və azlıq təşkil edir:
"Artırsalar belə bunu 15-50 faiz etibarilə edə bilərlər. O məbləğdə uşaqlara müəyyən qədər problemlərin həlli istiqamətində o qədər rol oynamır. Amma ailə başçısını itirənlərə yaşayış minimumu qədər verirlər. O müavinət bazar iqtisadiyyatı şəraitində ailələrin dayanıqlılığını və uşaqların təminatının ödənməsində o qədər də rol oynamır. Bununla bağlı hər il plenar iclaslar və büdcə müzakirələri öncəsi təkliflər irəli sürülür. Təkliflərin irəli sürülməsi yaxud problemin qaldırılması istiqamətində müəyyən qədər artımlara gətirib çıxarmır. Çünki büdcə zərfində xüsusilə sosial müdafiə sahəsində ayrılan vəsaitlərə baxırlar. Vəsaitlərin bölgüsündə, xüsusilə xərc bölməsində ailə başçısını itirməyə görə və digər kateqoriyalardan olan insanlara verilən müavinətlərdə bölgü elə aparılmalıdır ki, ədalətsizlik olmasın. Digər sahələr və kateqoriyalar arasında faiz nisbətində uçurum olmamalıdır. Ona görə də bu sahədə aparılan müəyyən qədər islahatlar hələ ki, öz nəticəsini vermir. 2-3 il ərzində bunun baş verməsi üçün köklü dəyişikliklər aparılmalıdır. Ailə başçısını itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təminatının ödənilməsi istiqamətində dəyişikliklər aparılmalıdır.
Sosioloqun sözlərinə görə, hazırda mövcud məbləğin 500 manata qaldırılması yenə də valideynləri və tək anaları qane etməyəcək. Çünki bazarın tələb-təklif xüsusiyyətləri var:
" Bu məbləğ insanların tam təminatını ödəməyə yox, minimum ehtiyaclarını ödəməyə hesablanır. Əgər bu gün həmin kateqoriyadan olan insanlara həmin məbləğ veriləcəksə, o zaman digər müavinətlərin məbləği məcbur olaraq artırılmalıdır. Dövlətin büdcəsində bu sahəyə o qədər pul ayırmağa imkanı olmur. Faiz göstəricisi və kvota, bölgü əsasında təkcə ailə başçısını itirməyə görə yox, digər sahələrdə olan sosial müavinətlərin artmasına gətirib çıxarmalıdır. Belə olan halda kompleks şəkildə problemi həll etmək üçün dövlət büdcəsində bu sahəyə olan vəsait 2-3 dəfə artmalıdır ki, məsələ kökündən həll olsun. Mən inanıram ki, yaxın 1-2 il ərzində birdəfəlik həll olunsun. Müvəqqəti olaraq islahatlar şəklində bu məbləğ artacaqdır. Amma inflyasiya olduqca bu məbləğlərin artırılması istiqamətində müsbət dinamika yaranmır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1279 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyun