"O nazirin yanına getdim, mənə kömək etdi və.."

"O nazirin yanına getdim, mənə kömək etdi və.."Teleaparıcı Aytən Leylaqızı Moderator.az-ın suallarını cavablandırıb.

-Aytən xanım, bu günlərdə "Speys" televiziyasında birlikdə çalışdığınız həmkarınız Zamirə Dadaşova telekanal rəhbərliyinə məhkəmədə qalib gəldi. Yəqin ki, siz də həmkarınıza dəstək olanlar sırasında idiniz..?

-Zamirənin uğuruna onun yanında olan hər bir kəs sevindi. Mən düşünürəm ki, haqq-ədalət öz yerini tapdı. Zamirənin əgər səhv bir addımı yoxdursa, niyə də qalib gəlməsin ki? Sona kimi də gedib, öz mərdliyini göstərdi! Onu alqışlayıram. Telekanala qayıdacaq yoxsa yox onu bilmirəm. Bu artıq öz seçimi olacaq. O ki, qaldı mənim "Speys" lə əlaqələrimə.. Bu haqda ümumiyyətlə heç nə danışmaq istəmirəm! Bircə onu deyə bilərəm ki, ora illərimi həsr etdim, veriliş ərsəyə gətirdim və kimlərsə hazıra-nazır gəldilər. Həyatdır da. Həyat bumeranqdır. Yaşayıb nələr görəcəyimiz hələ qarşıdadır. Pis insanları görüb həyatdan küsmək olmaz. Həyatda çətinliyim olsa da Allah hər zaman üzümə qapı açıb. Necə ki, illər əvvəl nazirlərimizdən birinə problemimlə bağlı müraciət etdim və o da yardım əlini uzatdı. Allah ona ömür versin. Onun yaxşılığını unutmaram. İşimin düzəlməyi mənim üçün möcüzə oldu.

-Mədəniyyət telekanalında da səhv etmirəmsə aparıcılıq etmisiniz...

-Orada "Səhər çağı" verilişinə aparıcılıq edirdim. Dövlət kanalı idi, tam başqa format idi. Mən canlı verilişləri sevirəm. Ətrafımda olan dost-tanış deyir ki, Aytən, sən canlı veriliş üçün yaranmısan. Zapis verilişə də çəkiləndə elə danışıram ki, sanki canlı efirdir. Bu da işimi sevməyimdən irəli gəlir. Əslində özümü heç vaxt şou sahəsində görməmişəm. Düzdür, dostlarımız var, çörək kəsmişik, salamlaşıb görüşürük, amma şou-biznesdən kənaram.

-Niyə hələ də efirlərdə sizi aparıcı kimi görmürük?

-Sözün düzü başım bir az qarışıqdır. Vaxt gələr səbəbini də deyərəm. Bir neçə telekanaldan dəvət gəldi, sadəcə olaraq özümü orada görmədim. Hiss etdim ki, o verilişlərin ömrü qısa olacaq. Həmin insanlara dostcasına yox dedim. Nə vaxtsa efirə qayıtsam uzunömürlü bir layihə ilə qayıdaram. Düzdür, efir məkanında savadlı aparıcılarımız da var. Amma aparıcıların 80 faizinin üzünə şans gülüb. Elə aparıcılar var ki, onları vaxtilə televiziyaya adi işçi kimi işə düzətmişəm, amma həyat üzlərinə gülüb və aparıcı olublar. Bəlkə də onların savadını araşdırsanız heç savadları belə yoxdur. Mənim yaxşılığımı itirənlər çox olub. Elələri var ki, onları tanış edib, ailə həyatı qurmaqlarına da səbəb olmuşam, amma sonradan onlardan özümə layiq olmayan münasibəti görmüşəm. Əslində bunları demək istəmirdim, sadəcə məcbur oldum. Bu münasibətimin qarşılığı belə olmalı deyildi.

-Tək şans deyil.. Əlbəttə ki, əksər hallarda tapşırıq və sevgili də rol oynayır.

-Bir insanı nə qədər tapşırmaq olar axı?! O insanın içində heç nə yoxdursa.. Zatən get-gedə ələnəcək. Tanınmaq başqadır, sevilmək başqa! Mən istəmirəm bütün Azərbaycan məni tanıyıb mənfi rəylər yazsınlar. Məni 10-15 insan istəsin, amma sevərək istəsin, xoş sözlər yazsınlar. Heç kimlə qalmaqalım olmayıb, açıq-saçıq danışmamışam, gündəmi zəbt edəcək açıqlamalarım olmayıb. Bunu edə bilmərəm, özümə görə çərçivələrim var. Öz mərdliyimi də, haqlı olduğum tərəflərimi də çox sevirəm. Heç vaxt yaltaq olmamışam, heç kimə quyu qazmamışam. Hər kəsə dəstək olmağa çalışmışam. Bəlkə də Allah məni özü kənara çəkib ki, kimin kim olduğunu yaxşı bilim. Ona görə də özümlə fəxr edirəm.

-"Xəzər dairəsi" verilişində efirə çıxıb, əri tərəfindən atılan qadına dəstək olmağınızı çox qınadılar ki, gərək aşkarda yox, gizlində bu yardımı edərdi..

-Qadın əri tərəfindən atılmışdı, qucağında da çiləsi çıxmayan uşağı var idi. Qadın çox çarəsiz idi, həmişə də çarəsizlərin, zəiflərin yanında olmaq istəmişəm. Vəkil Şəfiqə xanıma qarşı bir az aqressivləşib verilişə zəng edib dedim ki, ona deyin xanımın üstünə çox getməsin. Mənə təklif etdilər ki, bəlkə verilişə gələsən? Dedim ki, xeyr, pulu verib gedəcəm, verilişə çıxmaq istəmirəm. Lalə xanım Azərtaş dedi ki, xeyr, gəlib pulu canlı efirdə təqdim etsin. Utana-utana gəlib pulu həmin xanıma təqdim etdim. Bir az Şəfiqə xanımla sözüm çəp gəldi. 2-3 efirdən sonra gedib könlünü aldım. Burdan dostlarıma da demək istəyirəm ki, sağ olsunlar ki, o qadına kömək etməkdə mənə yardımçı oldular.

-Həyatınızın dönüş nöqtəsi nə vaxt olub?

-Anamı 2012-ci ildə itirmişəm. Cəmi 26 yaşım var idi. Televiziyadakı dostlarım o illərdə mənə dəstək oldular. Amma bu qəlbimdə bir yaradır, köz də bağlasa sağalmır. Evin üçüncü övladı olmuşam, hər yerə də onunla getmişəm. Qəfil bildik ki, xəstədir, 1 ilin içində dünyasını dəyişdi. Allah heç bir kəsi valideynləri ilə sınağa çəkməsin. O illərdə yaşadığım travma indi də mənimlədir. Anamı itirdiyim gündən sonra böyüməyə başladım. Anamın adını televiziyada özümə təxəllüs götürmüşəm. Bəzən rəylərdə müzakirələr təxəllüsümlə bağlı olur. Bizim izləyicilər səbəbi bilmədən fikir bildirməyi çox sevirlər. Bir araşdırın, görün ki, bu qız niyə o adı götürüb?! Şərhlər məni o qədər məyus edir ki, bəlkə də buna görə müsahibələrdən qaçıram. Elə məqamlar olub ki, həyatdan küsmüşəm, incimişəm. Bitdi dediyim yerdə yenidən başlamışam. Quyunun dibinə düşmüşəm, özüm-özümü ordan qaldırmışam. İşsizlik əlbəttə ki, məni sıxır, depressiyaya salır, küsürəm, inciyirəm, özümə qapanıram. Hazırda tədbirlərə, toylara aparıcı qismində dəvət alıram, amma televiziyanın yeri mənim üçün başqadır. Az əməkhaqqı alsaq da televiziyanı sevirəm. Televiziyanın spesifik qoxusu var, onu yalnız orada çalışan insanlar bilir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2666   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust