Fazil Mustafa məhkəməyə məktub göndərdi

Fazil Mustafa məhkəməyə məktub göndərdiMillət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin hazırki mərhələsində iş materialları tədqiq olunur.

Bugünkü iclasda sənədlərə baxışdan əvvəl təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov iş üçün əhəmiyyət kəsb edən bir neçə videolinkin sənədlərə əlavə edilməsi barədə vəsatət verib.

Elnur Nuriyevin sədrlik etdiyi hakim heyəti tərəfindən həmin vəsatət təmin edilib.

Prosesin davamında Fazil Mustafanın nümayəndəsi vasitəsilə məhkəməyə məktub göndərdiyi elan edilib.

Zərərçəkmiş deputat məktubunda yazır ki, şəxsinə qarşı terror aktı onun siyasi fəaliyyəti ilə bağlıdır. Amma təqsirləndirilən şəxslərin heç birini tanımır: "Mən özüm dini inancları olan adamam. Hesab edirəm ki, mənə qarşı terror aktı təqsirləndirilən şəxslərin dedikləri ilə bağlı yox, mənim siyasi fəaliyyətim və dünyagörüşümlə bağlıdır. Hadisədən sonra istintaqa ifadə vermişəm. Dediklərimi də təsdiq edirəm. Həmin vaxt da geniş danışmışam. Mənim ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-İran terrorçularına qarşı çıxışlarım olub. Misal kimi elə Azərbaycanın İrandakı Səfirliyində terror aktı… Bütün bu olanların əsas məqsədi də ölkəmizdə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır".
Fazil Mustafa məhkəməyə məktub göndərdiDaha sonra təqsirləndirilənlər- Səbuhi Şirinov və Rəşad Əhmədovun ibtidai istintaq vaxtı müstəntiqə verdikləri ifadələri elan edilib.

Səbuhi Şirinov əvvəlki ifadəsində deyib ki, həmin cinayəti pul qarşılığında törədib. Rəşad Əhmədov isə bu işə Azər Səricanov vasitəsilə qoşulduğunu deyib. O, Səricanovla razılaşmasının səbəbini Fazil Mustafanın dinə qarşı çıxışları ilə əlaqələndirib.

Digər təqsirləndirilənlər - Elşad Əsgərov və Emin Əliyarov istintaqa verdikləri ifadəni təsdiq ediblər.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarov tutularaq istintaqa təhvil veriliblər.

Onların hər biri haqda həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1321   Tarix: 25 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr