Rusiyada "Cəhənnəmin qapıları" getdikcə daha sürətlə açılır- bu, nəyə gətirib çıxara bilər?..

Rusiyada "Cəhənnəmin qapıları" getdikcə daha sürətlə açılır- bu, nəyə gətirib çıxara bilər?..Alimlər müəyyən ediblər ki, Rusiya Federasiyasındakı Bataqayka krateri əhəmiyyətli sürətlə genişlənir və bu, müəyyən amillərlə bağlıdır.

Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.

"Cəhənnəmə aparan qapı" kimi də tanınan bu krater Sibirdə (Rusiya Federasiyası) yerləşir və tundrada əbədi donun əriməsi nəticəsində yaranıb. Həmin çüxur əvvəllər dondurulmuş metanın- güclü istixana qazının Yer atmosferinə əhəmiyyətli həcmdə buraxılmasına səbəb olub.

"Daily Mail" nəşri yazır ki, tədqiqatçılar illərdir yerdəki bu nəhəng dəliyin genişlənməsini izləyirlər, lakin indi prosesin sürətinin əhəmiyyətli dərəcədə artdığını söyləyirlər.

Yerli qlasioloqların(buzlaqlar üzrə mütəxəssislər) apardığı yeni araşdırmaya görə, "Cəhənnəm qapısı" krateri dərinləşdikcə metan və digər karbon qazlarının buraxılma sürəti ildə 4000-500 tona çatır. Bu, əbədi buzlağın nə qədər sürətlə məhv olmasını göstərir.

Alimlərin proqnozuna görə, bütün qalan metan, çox güman ki, yaxın gələcəkdə kraterdən çıxacaq. Alimlərin fikrincə, sürətlə ərimənin əsas səbəbi iqlim dəyişikliyidir.

Alimlər aşkar ediblər ki, Sibirdəki bu krater, demək olar ki, süxur əsaslarına qədər çatıb. Sadəcə olaraq, daha da dağılmğa səbəb olan əriyən əbədi don, demək olar ki, tamamilə əriyib. Lakin bu, optimizm üçün səbəb deyil. Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, krater, çox güman ki, əvvəllər görülməmiş şəkildə: kənarlar boyunca və yamaclar boyu yuxarı genişlənməyə başlayacaq. Kraterin bu yanakı genişlənməsi zirvələri, alimlərin fikrincə, dəniz səviyyəsindən təxminən 550 metr yüksəklikdə yaxınlıqdakı dağlar arasındakı yəhərə qədər yüksələn əsas süxurların yaxınlığı ilə məhdudlaşır.

Tədqiqatçılar müxtəlif mənbələrdən əldə edilən geniş məlumatlardan istifadə edərək, buzlu əbədi donun onilliklər ərzində dağılması səbəbindən öz yerini boşaltmasına dair "3D" model hazırlaya biliblər. Onlar Bataqayka üzərində yüksək rezolyusiyaya malik peyklərin uzaqdan zondlama məlumatlarından və dron uçuşlarından istifadə ediblər. Bütün bu məlumatlar 2019 və 2023-cü illərdə çöl ekspedisiyaları zamanı götürülmüş əbədi don və digər torpaq nümunələri ilə birləşdirilib.

Model elm adamlarına əbədi donun əsas geoloji strukturunun əriməsinin xəritəsini tərtib etməyə və proqnozlaşdırmağa imkan verib. Beləliklə, onlar "Cəhənnməm qapısı" içərisində hansı materialların əridiyini və daha sonra yeraltı sulara və ya atmosferə necə daxil olduğunu müəyyən ediblər.

Komanda alınan məlumatları təhlil edərək, əbədi donmuş ərazilərdə relyef formalarının nə qədər sürətlə dəyişdiyini müəyyən edib. Mütəxəssislər hesab edirlər ki, Bataqayka kraterindən metan sızması ətrafdakı ekoloji sistemə ciddi təsir göstərəcək...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1378   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr