Abşeronda sursat aşkarlanıb

Abşeronda sursat aşkarlanıbAbşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 83 ədəd 7x62 millimetrlik mərmi, 62 ədəd 5x45 millimetrlik mərmi, 17 ədəd "F-1" əl qumbarası və 17 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 752   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

3 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr