Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olub
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərov da olub.
"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı yazıb.
Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı "Kommersant"a təsdiqləyib.
Artıq Serqokalinsk rayonunun rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Öz növbəsində "TASS" hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1211 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyulOğlunun bombalı hücumundan sağ çıxmışdı, ürəktutmadan öldü
Türkiyənin Mardin vilayətində ötən il oğlunun avtomobilinə yerləşdirdiyi uzaqdan idarə olunan partlayıcı ilə öldürülmək istənilən Mehmet Eye vəfat edib. xəbər verir ki, 2024-cü il iyunun 30-da Mazıdağı rayonunda baş verən hadisədə miras üstündə yaranan mübahisə səbəbindən Polat E.-nin atası Mehmet Eyen
3 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyulDərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
8 iyulYemək axtaran nəhəng ayı yaşayış məntəqəsinə endi - VİDEO
Türkiyənin Bursa vilayətində yerləşən Uludağ bölgəsində qida axtarmaq üçün yaşayış məntəqəsinə enən iri ayı mobil telefon kamerası ilə görüntülənib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Uludağın Sarıalan ərazisində baş verib. Meşədən yaşayış məntəqəsinə enən ayı bir müddət ətrafda qida axtarıb
7 iyul