İranın yeni prezidenti kim olacaq? - Mümkün ssenarilər və Pezeşkian amili

İranın yeni prezidenti kim olacaq? - Mümkün ssenarilər və Pezeşkian amiliİbrahim Rəisinin ölümündən sonra İranda keçiriləcək növbədənkənar prezident seçkiləri bu ölkədə rejimin mahiyyətində böyük dəyişikliyə səbəb olmasa da, daxili siyasi mübarizə fonunda maraqlıdır.

Seçkidə 6 namizədin mübarizə aparacağı gözlənilirdi: islahatçı qanadı təmsil edən keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar qanadı təmsil edən parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Tehran meri Əlirza Zəkani, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi, vitse-prezidenti Seyid Əmir Hüseyn Qazizadə;

Seçkiyə iki gün qalmış Qazizadə Qalibafın xeyrinə namizədliyini geri götürdü, daha sonra Zəkani da eyni addımı atdı. Bu, yarışda Qalibafın mühafizəkar namizədlər arasında irəliyə çıxmasına şərait yaradır. Lakin Pezeşkian seçicilər arasında nüfuzu və bütün rəy sorğularında öndə olması üzərində dayanılması vacib olan məqamdır.

Və əsas sual islahatçı Pezeşkianın seçkiyə niyə buraxılmasıdır.

Rəisinin ölümündən sonra dini lider Xameneinin də istəyinə uyğun olaraq, mühafizəkar siyasi xəttin davam edəcəyi, bu baxımdan, əsas mübarizənin də bu qanada məxsus namizədlər arasında olacağı açıq görünürdü. Hərçənd, Pezeşkianın namizədliyinin qeydə alınması bu gözləntiləri arxa plana keçirdi. Pezeşkian mühafizəkar rejim üçün təkcə islahatçı qanadı təmsil etməsi ilə yox, həm də bütün etnik qruplar arasında nüfuzu ilə problemli namizəddir: o, ana tərəfdən kürd olsa da, azərbaycanlı kimi qəbul edilir və həm kürdlərin, həm azərbaycanlıların, həm də digər etnik qrupların dəstəyini əldə edir;

Və bəllidir ki, bütün etniklərin birləşməsi İran rejimi üçün qorxulu perspektiv vəd edir. Bu perspektiv fonunda islahatçı Pezeşkianın seçki yarışına buraxılmasının iki mümkün səbəbi ola bilər.

Birincisi, Rəisinin yeri uğrunda mühafizəkar qanad arasında yaşanan mübarizənin dayandırılması, onların islahatçıya qarşı birləşməsidir: bu ssenari tam baş tutmasa da, iki namizədin Qalibafın xeyrinə geri çəkilməsi ilə müəyyən nəticə əldə olundu;
İkincisi, islahatçı namizədin hakimiyyətə gətirilməsi və ölkədəki bütün problemlərin onun üzərinə yıxılaraq, bir müdət sonra impiçment edilməsi: bu, İran siyasətinə yad deyil və mövcud daxili etirazlar fonunda mühafizəkarların "təmizlənməsi" məqsədilə belə bir ssenari istisna edilməməlidir;

Bu iki amillə yanaşı, Pezeşkian gedişi Xameneinin mühafizəkar qanada "əzələ nümayişi" də ola bilər. Dini liderin mütləq hakimiyyəti nə qədər güclü olsa da, mühafizəkar qanad arasında qarşıdurma problemlərin də olduğunu təsdiq edir. Xamenei üçünsə vacib olan postunun oğlu Müctəbaya ötürülməsi, yaxud mümkün dəyişiklikdə ailəsinin qrantiya altına alınmasıdır. İstisna deyil ki, Xamenei bu gedişlə mühafizəkar qanada istədiyi olmasa, nələrin baş verə biləcəyini göstərmək istəyir.

Bütün hallarda Pezeşkian amili hazırda İran siyasətində kilid nöqtəyə çevrilib. Və seçkinin nəticələrini proqnozlaşdırmağı da çətinləşdirir.

Bir tərəfdə islahatçıları ətrafında birləşdirən və kütləvi dəstəyi olan Pezeşkian, digər tərəfdə Qalibafın xeyrinə çəkilmələrdən sonra belə bir neçə namizədlə mübarizə aparan mühafizəkarlar var. Bu amil mühafizəkar qanadın səslərinin bölünməsinə səbəb olacaq. Obyektiv reallıqlarda Pezeşkianın seçilmə şansı çox görünsə də, onun rejim üçün yarada biləcəyi təhlükə subyektiv reallıqların həlledici olacağı ehtimalını ön plana çıxarır. Bunun fonunda seçkinin II tura qalacağı təxmilərini irəli sürmək mümkündür:

- I turda tərəflər lazım olan baryeri aşa bilməyəcək;
- II turda mühafizəkarlar birləşəcək, əsas namizəd böyük ehtimalla Qalibaf olacaq və seçkini qazanacaqlar;

Mümkün ssenari belə görünür. Daha az ehtimal olsa belə, Pezeşkianın "qurban verilmək" üçün seçilməsi variantı da unudulmamalıdır. Xamenei isə seçkinin nəticəsindən asılı olmayaraq, İran daxilindəki qüvvələrə "nələr edə biləcəyini" göstərə bildi. (Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1439   Tarix: 28 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr