Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR - YENİLƏNİB - FOTO
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Shacman" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Sonxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.
Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.
Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.
12:44
Xəbər verdiyimiz kimi, Şabran rayonunda Dövlət Gömrük Komitəsinin əməkdaşları qəzaya düşüb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlu həlak olub.
BAKU.WS xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, V.Əmirli Samur Gömrük Postunun mühafizə şöbəsinin əməkdaşı olub.
10:10
Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4399 Tarix: 01 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr