"Zanbaq yaxa", "Nilufər qol", şər qüvvələrdən qoruyan bafta - Qarabağın simmetrik, harmoniyalı geyimləri

"Zanbaq yaxa", "Nilufər qol", şər qüvvələrdən qoruyan bafta - Qarabağın simmetrik, harmoniyalı geyimləriYüzilliklər ərzində formalaşan, milli dəyərlərə söykənən, uzun inkişaf prosesi keçən milli geyimlərimiz özünəməxsusluğu ilə seçilir. Bu gün həmin geyimlər aktuallığını itirsə də, tariximizin, milliliyimizin təcəssümü olan dəyərli xəzinə kimi yaşadılır. Hər bir xalqın tarixi və mədəniyyəti onun milli geyimlərində öz əksini tapır. Azərbaycan milli geyimləri rəngarəngliyi, koloritliyi, incə və zərif tikilişi ilə daim diqqət mərkəzində olub.

Bu dəfə 20-ci əsrin əvvəllərinə qədər Azərbaycanın dəb mərkəzi hesab olunan Qarabağ bölgəsinin milli geyimləri haqqında danışacağıq.

Beləliklə, Publika.az tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova ilə maraqlı söhbəti təqdim edir.

"Azərbaycanın dəb mərkəzi - Qarabağ"

Ən gözəl, simmetrik, harmoniyalı geyimlər Qarabağa məxsusdur. İstənilən xanım bu geyimləri geyinərkən dərhal xanım-xatınlıq, səliqə-səhman, yaraşıq hiss olunur. Xan qızı Natəvanın geyimlərinə fikir verin, nə qədər əzəmətli görünür. Çünki həmin geyimlərdə bir harmoniya var. Qarabağ bölgəsinin geyimlərinin ətəyi qısa olduğu üçün uzun tumanla çox qəşəng görünür, istər-istəməz xanımlara xüsusi yaraşıq verir.

Keçmiş çəpgən, müasir karset

Bu gün karsetdən istifadə geniş vüsət alıb. Qarabağ bölgəsinin qadınları isə 19-cu əsrdə karsetdən istifadə ediblər. Bunun üçün arxalığın belinə indiki karset oyuğu kimi cib tikilirdi və onun içinə quzu qabırğası yerləşdirirdilər. Və yaxud çəpgən deyilən geyimimiz var, o ən məşhur geyimlərimizdən biridir. Çəpgən Türk etnik mədəni mühitini bir-birinə bağlayan, Türk dünyasında ən çox istifadə edilən geyimlərdən olub. O, 19-cu əsrin əvvəllərinə qədər uzunətək olub. 19-cu əsrin ortalarından sonra çəpgənin ayağı kəsilib və belə qədər qısaldılıb. Onu gen tumanla geyindikdə xanımlara xüsusi gözəllik verib. Çəpgənin beli karset kimi iplə yığılardı. Çəpgən müasir dövrümüzdə də xanımlarımızın ən çox müraciət etdiyi geyim növlərindən biridir.

Lalə dövrü: "Zanbaq yaxa", "Nilufər qol"

Qarabağ geyimləri digər bölgələrimizin geyimləri ilə oxşadır, çox cüzi detallarla bir-birindən fərqlənirlər. Ümumiyyətlə, bölgələrimizin geyimləri iki biçim üsuluna malikdir. Biri çəpgən tipli, bir də arxalıq, çuxa tipli geyimlərdir. Çuxa tipli geyimlərin ətəyi kəsilərək gödəldilib, büzməli və ya qatmalı (el arasında ona qarmanlı da deyilir) tikilib. Bu geyimlər yalnız yaxa kəsimi və qol formasına, bir də ətəklərinin uzun və ya qısalığına görə bir-birindən fərqlənirlər. Qalan biçim üsulu eynidir. Kip bədən, gen ətək, yarımqol, uzunqol və yaxud da Qarabağa məxsus "Nilufər qol"lu formaları mövcuddur. Qarabağ arxalıqlarının iki forması var. Biri oymayaxa arxalıq, bu daha çox Qarabağ arxalığı adı ilə məşhurdur. Bir də zanbaqyaxa arxalıq, bu da o zaman Osmanlıda "Lalə dövrü" var idi, həmin lalə dövrü saray geyimlərinin yaxa formasıdır.

İlk Avropa elementlərinin Qarabağ qolu

Bir vacib nüansı da qeyd edim ki, ilk Avropa elementlərini milli geyimlərimizə daxil edənlər də məhz qarabağlılar olub. Qarabağdan, əsasən də Şuşadan Avropaya, Rusiyaya təhsil almağa gedənlər həddən artıq çox idi və onlar təhsillərini başa vurub geri qayıdanda oradan özləri ilə müxtəlif geyim elementləri gətirirdilər. Məhz bu səbəbdən kişi geyimləri Qarabağ bölgəsində daha tez avropalaşdı. Avropa elementlərindən nilufər qollar isə Qarabağ qadın geyimlərində özünə yer elədi.

Qarabağ qadın geyimlərinin bir elementi də köynəkdir. Bu köynəklər Ümumazərbaycan xarakteri daşıyır. Yəni bütün bölgələrimiz üçün səciyyəvidir. Köynəklərin yaxası adətən uzun aşırımlı, boğazda düymə ilə olurdu. Bir də gənc, evli xanımlarda, kiçik övladı olan qadınlarda köynəyin yaxası uzun kəsilirdi. Bu, uşağa süd verən xanımın rahatlığı üçün edilirdi. Bu da bütün Türk dünyasında yayılmış ənənə idi. Ona görə də əliuşaqlı qadınlar həmişə döşlük geyinərdilər. Əvvəl ona önlük deyilərdi, belə bağlayırdılar. Amma sonradan qadınların yaxasına keçirməklə döşlük əlavə olundu ki, süd verən ana həmin döşlük hissədən uşağını rahatlıqla yedizdirə bilsin.

Şər qüvvələrdən qoruyan bafta

Bir də Qarabağ geyimlərində ən vacib məqamlardan biri də o idi ki, hamısında zər, bafta materiallarından istifadə olunardı. Bu, bizim geyimlərin spesifik xüsusiyyətlərindən biri sayılardı və bütövlükdə Türk dünyasında geniş yayılan ənənə idi. Həm də inanclardan irəli gələn xüsusiyyət idi. Bilirsiniz ki, bizdə şər qüvvələrə qarşı metaldan istifadə olunur, yastığın altına qayçı, bıçaq və s. qoyardılar. Şər qüvəlləri qorxutmaq üçün geyimdə isə baftadan istifadə edirdilər. Bafta çox vaxt qızılı rəngdə olurdu, deyilənə görə, şər qüvvələr o rəngdən qorxardı. Məhz bu səbəbdən tumanın, köynəyin ətəyinə qızıl pullar, digər bəzəklər düzürdülər. Qolun kəsik hissələrində, boyun hissəsində bu kimi elementlərdən istifadə olunardı. Bu, həm geyimi dəbdəbəli göstərərdi, həm də şər qüvvələrdən qoruyardı. Baftalar bəzən qızıl sapla, bəzən gümüş sapla, bəzən də adi tellərlə toxunurdu.

"İşton", "İştan", "İç don"

Qadın geyimləri ətəkdən ibarət idi, hansı ki, ona tuman deyilərdi. Məsələ burasındadır ki, o vaxtlar şalvara da, uzun ətəyə də tuman deyərdilər. Bunun tarixi kökləri var. Tuman həm də iç don adlanırdı. Qarabağda "iştan" deyilərdi. Özbəkistanda "işton", "iştan", Türkiyədə "iç don", Qərbi Azərbaycanda "işdan" adlanırdı. Buradan da "ştan" sözü yaranıb, rusların dilinə keçib. Bəzi rus mütəxəssisləri yazırlar ki, guya bu söz bizə onlardan keçib. Amma bu kökündən yalnışdır. "İşton"sözü dəyişib olub "ştan". Dilimizdə bunun kimi rus dilinə keçən bir çox sözlər var...

Ətəklərin fərqli xüsusiyyəti ondan ibarətdir ki, imkanlı ailənin xanımları gen ətək tuman geyinərdilər. Elə olurdu ki, on iki taxta parçadan gen tuman tikdirərdilər. Tumanın genişliyi sahibinin statusundan xəbər verərdi. Bu geyim qadının varlı-hallı, imkanlı olmasının əsas göstəricisi idi. Nisbətən imkanı az olan ailənin xanımları isə üç-dörd taxtadan dar tuman geyinərdilər. Yaşlı qadınlar isə qışda soyuqdan qorunmaq məqsədi ilə üst-üstə bir neçə tuman geyinərdilər. Bəzən yeri gələndə tuman alt paltarını əvəz edirdi. Ona görə də bu gün dilimizdə tuman sözü alt paltarı kimi qalıb. Bax, bu sözün də kökü ordan gəlir. Gen balaq tumanı arxadan dartıb qabağa keçirərdilər və bununla da alt paltarı olurdu.

Azərbaycanın kəlağayı mərkəzi

Qarabağ bölgəsinin xanımlarının baş örtüklərində də elə bir fərq yoxdur. Onlar başına tərçəng qoyardı. 18-ci əsrə kimi araqçın məhz tərçəng adı ilə məşhur idi. İndinin özündə də Türkiyədə və Cənubi Azərbaycanda bu addan istifadə olunur. Tərçəng xalis türk sözüdür. Qarabağda, Şuşada kəlağayı istehsalı olub. Azərbaycanın dörd əsas kəlağayı istehsal edən mərkəzlərindən biri də həmz Qarabağ bölgəsi olub. Dörd emalatxana olub və hamısında da kəlağayı istehsal edilib. Naxışlar barəsində isə təəssüf ki, heç bir məlumat yoxdur. Qarabağda kəlağayıya yaylıq deyərdilər. Yaylıq yağlıq deməkdir. Kəlağayı özü də "kəlləyağlığı" deməkdir. Xanımlar əvvəlcə altdan kəlağayını bağlayardılar ki, başın tərini, yağını çəksin sonra dingə, araqçın və ya çalma qoyardılar, yaxud da zər-zibalı örpəklər bağlayardılar. Xanımlar baş geyimi olan sərəndaclardan da istifadə edərdilər.

Küləcə, kürdü, kürkü

Qarabağ qadın geyimlərinin bir növü də küləcədir. Bu geyim Azərbaycanın digər bölgələri üçün də xarakterikdir. Mövsümi geyim idi, əsasən qış aylarında geyinərdilər. Mövsumi geyimlərdən biri də kürdü idi. Kürkünün qısaldılmış, qolsuz variantı idi. Onun yaxası, qol ağzı samur xəzi və ya körpə quzu dərisi ilə tikilərdi. Qışda paltarın üstündən geyinərdilər.

Qadın və kişi ayaq geyimləri də eynidir, elə bir fərq yoxdur. Qadınlar da başmaq geyinib, çus geyinib, kişilər də. Yalnız ayaq ölçülərinə görə bir-birindən fərqlənirdilər.
"Zanbaq yaxa", "Nilufər qol", şər qüvvələrdən qoruyan bafta - Qarabağın simmetrik, harmoniyalı geyimləri"Zanbaq yaxa", "Nilufər qol", şər qüvvələrdən qoruyan bafta - Qarabağın simmetrik, harmoniyalı geyimləri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 913   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

13 sentyabr
.

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə

13 sentyabr
.

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz

13 sentyabr
.

Qarabağın yeni reallıqları diplomatik korpusun gözü ilə - Hikmət Hacıyevin müşayiəti ilə növbəti tarixi səfər

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri beynəlxalq diplomatik korpusun nümayəndələrinin diqqət mərkəzindədir. Sentyabrın 11-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət

12 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ

Türkiyədə övladı məktəbə yeni başlayan valideynlər üçün maraqlı bir təşəbbüs tətbiq olunur. "Uyğunlaşma həftəsi" çərçivəsində valideynlər uşağın məktəbə ilk günlərində yanında olmaq üçün gün ərzində 3 saata qədər işdən icazə ala biləcəklər. Məqsəd uşağın yeni mühitə daha rahat uyğunlaşmasın

12 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

Şəxsi brend formalaşdırarkən çox paylaşım etmək daha vacibdir, yoxsa konkret sahə üzrə tanınmaq? - AÇIQLAMA

Sosial mediada şəxsi brend yaratmaq istəyənlər üçün əsas məqsəd yalnız çoxlu paylaşım etmək və izləyici toplamaq deyil. İstifadəçinin hansı mövzu ilə yadda qalması, auditoriyanın ona niyə güvənməsi və təqdim etdiyi məzmunun digərlərindən nə ilə fərqlənməsi də mühüm rol oynayır. Bəs şəxsi brend formalaşdırarkə

11 sentyabr
.

Qarabağ həqiqətlərini diplomatların gözü ilə: Azərbaycan yeni reallığı dünyaya yerində göstərir

Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura səfər - diplomatik korpus üçün növbəti "reallıq dərsi". Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq prosesinin beynəlxalq ictimaiyyətə təqdimatı davam edir. Sentyabrın 11-də Azərbaycanda akkredit

11 sentyabr