26 il sonra eyni cinayəti təkrarladı

26 il sonra eyni cinayəti təkrarladıAdanada birlikdə işlədiyi dostu Murat Arlını döyərək öldürən, cəsədini ədyala büküb drenaj kanalına atan Atilla Cücünün 1998-ci ildə qonşusunun qızı 9 yaşlı Tuğçeyə cinsi istismar edib, öldürdüyü məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İl Polis İdarəsi Cinayət Bürosu tərəfindən yaradılmış xüsusi qrup, şəhər avtovağzalında işçi işləyən və ailəsi tərəfindən itkin düşmüş elanı verilən Murat Arlının Karataş rayonunda, dəniz sahilində yorğana bükülmüş, çürümüş meyitini tapıb.

Cinayəti araşdıran polislər, Arlının söndürülən mobil telefonunun IMEI nömrəsini izləyib. 4 aydan sonra telefonun Qarsdan siqnal verib. Araşdırmada telefonun mərhumun avtovağzalda birlikdə çalışdığı dostu Atilla Cücünün oğlu tərəfindən istifadə edildiyi müəyyən edilib. Adana və Qarsda eyni vaxtda əməliyyat keçirən polis, aralarında Cücü və oğlunun da olduğu 5 şübhəlini saxlayıb.

Polis bölməsində dindirilərkən qətli etiraf edən Atilla Cücü qətli bir anlıq əsəblə törətdiyini bildirib:

"Avtovağzalda bir yerdə qalırdıq. Birlikdə içki içib dalaşdıq. Bir anlıq hirsləndiyim anda onu öldürdüm. Sonra cəsədi yorğana büküb kisənin içinə qoydum, motosikletimlə aparıb drenaj kanalına atdım".

Atilla Cücü həbs edilib, digər 4 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Atilla Cücünün 1998-ci ildə qətl və cinsi təcavüzə görə həbs olunduğu və bir müddət əvvəl sərbəst buraxıldığı öyrənilib. Cücünün qonşusunun o vaxt 9 yaşında olan qızı Tuğçe Omitanı siqaret aldırmaq adı ilə evinə dəvət edib, qıza cinsi zorakılıq etdiyi, sonra isə öldürüb kanala atdığı məlum olub.

Atilla Cücünün həbsxanadan çıxdıqdan sonra və eyni qətli yenidən törətməsi ilə bağlı televiziyada xəbəri izlədiyini deyən Tuğçe Omitanın anası Döne Omita ağrılarının təzələndiyini bildirib və yaşadıqlarından danışıb:

"Cücünün həbsxanada öldüyü xəbərini eşitmişdik. Ölmədiyi ortaya çıxdı və sərbəst buraxıldı. O, yenə də qətl törətdi. Biz qatillərlə yaşayırıq. Bizim həyat təhlükəsizliyimiz yoxdur. Bu adam qızımı öldürüb kanala atıb. Televiziyada bunu görmək məni qızımın öldüyü günə qaytardı. Əsəb keçirdim. Yaşadığım ağrıları sözlə təsvir edə bilmirəm".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 980   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr