Ölümünə səbəb telefon mesajı imiş

Ölümünə səbəb telefon mesajı imişİzmir Karşıyakada balıqçı limanında qayığın buz sandığı içində tapılan 24 yaşlı Hilmiye Tuğba Esginin qısqanclıq zəminində öldürüldüyü məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına aid mühavizəçilər İzmir Karşıyaka Bostanlı İskelesi yaxınlığındakı balıqçı sığınacağında axtarış keçirərkən, it qayıqdakı qoxuya reaksiya verib. İtin reaksiya verdiyi yerə gedən mühavizəçilər, soyuducudan çıxan əl görüblər.

Hadisənin polisə bildirilməsinin ardından hadisə yerinə İzmir Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyinin qrupu sövq edilib.

Hadisə yerinə gələn prokurorun nəzarəti altında soyuducu açılanda bunun qadın cəsədi olduğu müəyyən edilib. Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi tərəfindən aparılan araşdırmada cəsədin 26 yaşlı Hilmiye Tuğba Esginə aid olduğu məlum olub. Prokurorluq və İzmir Təhlükəsizlik Müdirliyi Hadisə Yeri Araşdırma Şöbəsi qruplarının işinin ardından Esginin cansız bədəni Ədliyyə Tibb Təşkilatına aparıb.

24 yaşlı Hilmiye Tuğba Esginin boğularaq öldürüldüyü məlum olub. Onun ölməzdən əvvəl başından zərbə aldığı aşkarlanıb. İzmir Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi gəmi sahibi Şenol A., həyat yoldaşı Belgin A. və qayığa bağlı bir adamın da olduğu 3 nəfəri nəzarətə götürüb.

Karşıyaka Respublika Prokurorluğunun koordinasiyasında aparılan istintaqda təfərrüatlar ortaya çıxmağa başlayıb. İzmir Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu qrupları tərəfindən aparılan araşdırmada Hilmiyə Tuğba Esginin qayıq sahibi Şenol A.-nın sevgilisi olduğu üzə çıxıb. Belgin A-nın əri Şenol A-nı Hilmiye Tuğba Esginlə qayıqda tutduğu iddia edilib. Daha sonra Esginin boğularaq öldürüldüyü məlum olub.

Saxlanılan qayıq sahibi Şenol A. tutularaq həbsxanaya göndərilib. Onun həyat yoldaşı Belgin A. və K.B.Ö məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Karşıyaka Respublika Prokurorluğunun koordinasiyasında 20-yə yaxın adamın ifadəsi Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu və Təhlil Büro qrupları tərəfindən dinlənilib. Təxminən 240 saat təhlükəsizlik kamerası görüntüləri izlənilib.

Gəminin sahibi Şenol A.-nın ifadəsində "Tuğba Esgin mənim sevgilimdir. Bir müddətdir qayıqda birlikdə yaşayırıq. Bacısı ilə yazışmalarımı gördü. Mübahisə yarandı. Əvvəlcə onu yerə yıxdım, sonra boğaraq öldürdüm"deyə bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 842   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr