Lift qəzasında ölən yeniyetmənin ailəsi üsyan etdi

Lift qəzasında ölən yeniyetmənin ailəsi üsyan etdiAnkarada baş verən hadisədə liftdə sıxılmış vəziyyətdə qalan Beren Su Bolatın xilasetmə işləri zamanı liftin şaxtasına düşərək ölməsi ilə bağlı aparılan istintaqda ekspertiza rəyi hazırlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iyulun 23-də Ankaranın Sincan səmtinin Fevzi Çakmak məhəlləsində baş verən faciəvi hadisədə Beren Su Bolat sinif yoldaşının yaşadığı binanın liftində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilərin müdaxiləsi zamanı liftin şaxtasına düşən Beren Su həyatını itirib, rəfiqəsi isə son anda xilas edilib.

Hadisədən sonra təqsirləndirilən şəxslər barəsində araşdırmalara başlanılıb. Xilasedicilər rəisi E.A. və xilasedicilər B.Y. və B.B barələrində "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə araşdırma başlanılıb və onlar vəzifələrindən kənarlaşdırılıblar.

Qəza ilə bağlı hazırlanan ekspertiza rəyində məlum olub ki, sadə təhlükəsizlik tədbirləri ilə hadisənin qarşısını almaq olardı. Xəbərdə liftdə sıxılmış vəziyyətdə qalan uşaqların xilas edilməsi zamanı lazımi təhlükəsizlik tədbirlərinin görülmədiyi və qəzanın məhz bu ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilib. Hesabatda liftin texniki xidmət müddətinin də keçdiyi vurğulanıb. Qəzanın baş verdiyi liftin ətrafında heç bir xilasetmə təlimatının olmadığı da bildirilib.

Beren Su'nun atası Özkan Bolat, "Liftlərin texniki xidmət müddəti var, lakin 18 gündür baxım müddəti keçib. Bununla bağlı hüquqi proses başlayacaq. Məsul olanlar lazımi cəzanı almalıdır. Mən səhlənkarlıq deməyəcəm, bu bir qətldir", - deyə bildirib.

Beren Su'nun anası Ayşə Bolat qızı ilə etdiyi son telefon danışığından danışaraq, "Beren mənə zəng edib, "Liftdə ilişib qaldıq" dedi. Daha əvvəl də bir neçə dəfə olub. Sonra yenə Beren zəng edib dedi ki, "Ana, başqa yerdən gələcəklər, bizi çıxaracaqlar". 15 saniyə sonra yenidən zəng etdim ki, getmisən? Bütün bunlar çox qısa müddətdə baş verdi. Biz gedəndə xilasedicilər var idi. "Beren" deyə səsləndim. Qapıdakı kişi mənə dedi: "Uşağı tuta bilmədilər". Onun arzuları var idi, plastik cərrah olmaq istəyirdi" , - deyə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1061   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı ŞANTAJ EDİB - TƏFƏRRÜAT

Bərdə Rayon Mərkəzi Xəstəxanasında huşsuz pasiyentə qarşı zorakılıq göstərdiyi üçün işdən çıxarılan sanitar qadının sonrakı davranışı ilə bağlı yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, əmək müqaviləsinə xitam verildikdən sonra sanitar qadın xəstəxanaya gedib və sirkə içərək intihar

17 oktyabr
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi

17 oktyabr
.

Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib

17 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr