Şahzadə suiqəsddən qorxur
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Konqresinin üzvlərinə ölkəsinin İsraillə münasibətləri normallaşdırmaq üçün apardığı danışıqlara görə öldürülə biləcəyindən qorxduğunu bildirib.
Səudiyyə şahzadəsi Salman 1981-ci ildə İsraillə müqavilə bağladıqdan sonra öldürülən Misirin keçmiş prezidenti Ənvər Sadatı da misal çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şahzadə bin Salmanın Səudiyyə Ərəbistanına İsraillə münasibətləri yaxşılaşdırmaq üçün təzyiq göstərən ABŞ-ı ölkəsi üçün daha uyğun anlaşmaya razı salmağa çalışdığı iddia edilib.
İsrailin Qəzzaya hücumları başlamasından 7 oktyabr (2023) əvvəl Səudiyyə Ərəbistan ilə İsrail arasında normallaşma danışıqları davam edirdi. Digər Körfəz ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 2020-ci ildə Təl-Əvivlə diplomatik əlaqələrə başladıqdan sonra İsrail və Səudiyyə Ərəbistanının rəsmi əlaqələr qurmaq addımı gündəmdədir. İsrail ABŞ-ın vasitəçiliyi ilə bəzi ərəb ölkələri ilə münasibətlərini normallaşdırıb.
"Politico" yazıb ki, Səudiyyə Ərəbistan ilə İsrail arasında gizli görüşlərdə müzakirə edilən normallaşma sazişi, nüvə proqramı və texnologiyaya sərmayə qoyuluşu qarşılığında Ər-Riyadın Çinlə razılaşmalarını məhdudlaşdırmasını da ehtiva edir.
Ənvər Sadat İsrailin o vaxtkı Fələstin dövləti üzərində hökmranlıq etdiyi ərazi sərhədlərini tanıyıb və digər ərəb ölkələrini də bu fikrə dəvət edir. Bu çağırışdan sonra Ənvər Sədat "Xain" elan edilib və 6 oktyabr 1981-ci ildə Qahirədə Misirin müstəqilliyini qeyd edən mərasimdə öldürülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?