Nişanlı qızın ayaqqabıları atasını ölümə apardı - 20 yaşlı gəncin ailəsinə yaşatdığı FACİƏ
Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.
"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov təxminən 15 metr dərinliyində olan su quyusuna düşən qızı, 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı xilas etməyə çalışarkən özü də quyuya düşərək boğulub.
Hadisə zamanı qız evdə tək olub. Qonşu kənddə qonaq olan ata evə qayıtdıqdan sonra qızını axtarmağa başlayıb və onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü başa düşən ata su şlanqı vasitəsilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığı üçün o da boğularaq dünyasını dəyişib.
Kənd sakinlərinin sözlərinə görə, qız adətən quyudan kəndir vasitəsilə su çəkirmiş. Hadisə zamanı isə evin xanımı Bakıda müalicədə olub.
Qeyd edək ki, dünyasını dəyişən Nəsibə Məmmədova nişanlı imiş.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1453 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüzlərlə vətəndaşı aldadan mebel mağazası sahibi yoxa çıxıb - VİDEO
Türkiyənin Aydın vilayətində fəaliyyət göstərən mebel mağazasının sahibinin yüzlərlə müştərini aldadaraq topladığı pullarla yoxa çıxdığı iddia olunur. Hadisə nəticəsində təxminən 500 nəfərin zərərçəkən olduğu bildirilir. xarici mediaya istinadla xəbər verir ki, sifariş etdikləri mebellərin təhvil veriləcəyin
9 iyulAğır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat
6 iyulZaur Kamal qəzaya düşdü - Foto
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirdib. Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. "Gəncəyə çataçatda oldu. Salamatçılıqdır" deyə, Zaur əlavə edib. Aparıcı daha sonra "Geländewagen" markalı maşınının əzilmiş fotosunu paylaşaraq "Bu da bel
4 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulDaha bir yeniyetmə dənizdə batdı
Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
7 iyul