Ad günündə torpağa tapşırıldı

Ad günündə torpağa tapşırıldıAksarayda nənəsi Selver Karataş (60) ilə yolu keçmək istəyərkən mikroavtobusun vurduğu Damla Yağmur (2) ad günündə son mənzilə yola salınıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qəza dünən saat 19.30-da Cümhuriyyət Məhəlləsində baş verib.

Çaban Mercanın (65) idarə etdiyi avtobus yolu keçmək istəyən Selver Karataş və nəvəsi Damla Yağmuru vurub.

Vətəndaşlar polis və təcili tibbi yardıma xəbər veriblər. Təcili tibbi yardım əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Damla Yağmurun öldüyü müəyyən edilib. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Selver Karataşsa xəstəxanada dünyasını dəyişib. Qəza xəbərindən sonra hadisə yerinə gələn Abdullah Karataş həyat yoldaşı və nəvəsinin öldüyünü eşidəndə huşunu itirib.

Ağlayan Karataş "Nəvəmin atası bu yaxınlarda öldü, indi nə edim?" , - deyə bildirib.

Qəza xəbərini eşidən Damlanın anası Gülizar Yağmur (32) xəstəxanaya gedib və kədərli xəbəri orada alıb. Yağmurun həyat yoldaşı Hüseyn Yağmurun bir il əvvəl beyin qanamasından öldüyü öyrənilib. Gülizar Yağmurun əri vəfat etdikdən sonra 2 qızı ilə ailəsi ilə birlikdə qaldığı bildirilib.

Yarılmadan sonra Damla Yağmurun cənazəsi səhər saatlarında yaxınları tərəfindən Çekiçlər kəndinə aparılıb. Meyit basdırılarkən bu gün Damla Yağmurun doğum günü olduğu öyrənilib. Selver Karataşın bu gün torpağa tapşırılacağı bildirilib.

Saxlanılan sürücü ilə bağlı prosedurlar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1042   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr