Papikyan yerində dinc DAYANMIR: Müharibə BAŞLAYACAQ? - ŞƏRH

Papikyan yerində dinc DAYANMIR: Müharibə BAŞLAYACAQ? - ŞƏRHBildyimiz kimi, Putinin Bakıya səfəri və Ermənistanın silahlandırılma istiqamətində aktiv işlərin görülməsi gündəm oldu. Ermənistan sərhəddə yaxın ərazlərə ağır texnikalar yığır və istehkam işləri görür. Qarşı tərəf 4 ildir ki, üzərinə düşən tələbləri yerinə yetirmir və təxribat törətmək üçün əlindən gələni edir. Digər tərəfindən Ermənistanı Hindistan, Fransa və ABŞ silahlandırırdısa, artıq onların arasına Almaniya qatıldı. Almaniyanın buradakı mövqeyi xüsusi təəssüf doğurur. Çünki bitərəf mövqe göstərdiyi iddia edilsə də, alman istehsalı olan silahlar və ağır texniklar ermənistana daşınır.

Ermənistan müdafiə naziri Suren Papikyanda yerində dinc dayanmır. Şərti sərhəddə gələrək istehkam işlərini yoxlayıb və rəsmi məlumatda "cəbhə xətti"ni gəzdiyi deyilir. Proseslərə nəzər yetirsək, Papikyan şərhi sərhəddə boşuna baxış keçirmir. Bu baxımdan müharibənin yaxın amanda baş verəcəyini deyə bilərik?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan və Azərbaycan arasında müharibənin ən azı 100 illik tarixi vardır:

Sovetlərin dağılması ərəfəsində və ondan sonra biz Birinci və İkinci Qarabağ müharibəsini yaşadıq. Daha sonra antiterror əməliyyatları həyata keçirildi. Baş verənlər sülhün yaranması mənasına gəlmir. Hər iki tərəf özünə görə tam olaraq razı deyil. Azərbaycan burada üstün tərəfidir. Azərbaycan sülhün bağlanmasına qədərki prosesin onun maraqlarına uyğun olmayacağı təqdirdə müharibə qaçılmazdır. Ermənistan daha çox müharibə meyillidir. Paşinyan müharibədən kənara qaçmaq istəyir. Amma qərb dövlətlərinin burada öz maraqları var. Daha çox qərb dövlətləri, başda Fransa olmaqla Ermənistanı müharibəyə hazırlaya bilər. Son həftələr bu daha çox müşahidə olunur".

Siyasi şərhçinin sözlərinə görə, Fransa müəyyən mənada sülhdən öncə hər hansısa kiçik miqyasda belə olsa, müharibənin olmasını istəyir. Əlbəttə ki, Azərbaycan buna yol vermək niyyətində deyil:

"Burada Rusiya amili böyük rol oynayır. Vladimir Putinin Bakıya səfəri və buna qarşı Ermənistanın silahlanmasının sürətləndirilməsi buna nümunədir. Qərb dövlətləri Ermənistanın arxasında dayanaraq Azərbaycanı Ermənistanın əli ilə cəzalandırmaq niyyəti güdür. Sanki onların nəzərində "demokratik" Ermənistan var. Ermənistan müdafiə nazirinin sərhədboyu gəzişməsi və hərbi hissələrində olması təsadüfi deyil. Müharibənin yaxın yaxud uzaq tarixdə olması bəlli deyil. Amma təxribatlar davam edərsə, kiçik çaplı toqquşmalar baş verə bilər. Əvvəllər Ermənistanı Rusiya müharibəyə sövq edirdisə, indi isə bu hal dəyişib. Rusiyadan daha çox qərb dövlətləri müharibəyə sürükləyə bilər. Bu baxımdan baş verə biləcəklərə hazır olmalı və Azərbaycana sərf etməyən sülh sazişi bağlanmamalıdır. Bu sülh sazişi bağlansa belə, yeni mərhələdə müharibənin olması qaçınılmazdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2217   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr