Üçüncü Dünya müharibəsi hansı bölgədə başlayacaq?

Üçüncü Dünya müharibəsi hansı bölgədə başlayacaq?Siyasi sferada baş verən hadisələrə diqqət yetirdikdə, ekspertlər tərəfindən üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı anonslar verilir. Ukrayna-Rusiya müharibəsində tərəflər dondurulmuş münasibətlərə keçsə də, Ukraynanın Kurska daxil olması vəziyyəti gərginləşdirdi. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Eyni zamanda Yaxın Şərqdə təhlükə pik həddə çatır. İranda Həmas lideri İsmayıl Haniyənin ölümü və İranın qisas almaq istəyi ilə əlaqədar İranda təhlükəsizlik təmin edilir, vətəndaşlar isə sığınacağa yerləşdirir.

Əlbəttə ki, proseslər Cənubi Qafqazdan yan keçmir. Ermənistan qərb dövlətləri tərəfindən silahlandırılır və müharibənin başlanmasına zəmin edirlər. Cənubi Qafqazı da müharibə meydanına çevirməyə çalışırlar.

Prosesləri nəzərdən keçirsək, Üçüncü Dünya müharibəsi hansı bölgədə baş verə bilər?

Üçüncü Dünya müharibəsinin bu və ya digər formada getdiyi haqda versiyalar var. İkinci dünya müharibəsinə baxdıqda indiki dövrdə baş verənləri dünya müharibəsi adlandırmaq olmaz:

"Daha çox soyuq müharibə şərtlərinə uyğundur. Bir qədər lokal münaqişələrin qızdığı bir dövrdür. Bəziləri bunu üçüncü dünya müharibəsi adlandırır. Fikrimcə bu dünya müharibəsi deyil, bu daha çox böyük güclərin bir-birinə hücumu yox, başqa ölkələrin ərazisini poliqona çevirməkdir. Məsələn Ukrayna bu gün Amerika, Qərb və Rusiyanın dünyada güc uğurunda mübarizəsinin poliqonuna çevrilib. O cümlədən yaxın şərq ölkələri uzun müddətdir ki, belə bir rol oynayır. Bu müharibələrin arxasında dayanan böyük güclərin birbaşa toqquşması baş vermir. Maksimum bu prosesə nəzarət edirlər. Həmin həddə çatmasının qarşısını almağa çalışırlar. Amma bu proses istənilən vaxt nəzarətdən çıxa bilər. Rusiya zaman-zaman taktiki silahları ilə təhdid edir. Elə bir situasiya baş verə bilər ki, buna əl atsa həqiqətən daha böyük müharibələrin başlanğıcı ola bilər. Ukrayna və Yaxın Şərqdə baş verən müharibələri müqayisə etdikdə fikrimcə, üçüncü dünya müharibəsinin başlanması Yaxın Şərqdə baş verə bilər. Bu ehtimal daha böyükdür. Ukraynada tərəflər müharibənin maksimum bu ərazidə məhdudlaşmasında maraqlıdır".

Siyasi şərhçinin sözlərinə görə, NATO və Rusiya birbaşa toqquşmada maraqlı deyil. Ona görə müəyyən bir sərhədləri gözləyirlər. Ritorikada təhdidlər olsa da bu sərhədləri aşmırlar. Amma Yaxın Şərqdə mənzərə fərqlidir:

"Yaxın Şərq qarışıq bir bölgədir. Burada tək iki tərəf deyil, burada bir çox qüvvələrin, xüsusilə proksi qüvvələrin olması və terror təşkilatlarının fəallığı vəziyyətin istənilən vaxt nəzarətdən çıxmasına gətirib çıxara bilər. Rusiya, Amerika başda olmaqla qərb ölkələri Yaxın Şərqdə toqquşmalara tam nəzarət edə bilmirlər. Yaxın Şərqdə birdən çox ölkə var. Hətta Çinin özü belə bu proseslərə fəal müdaxilə edir. O cümlədən Türkiyənin kifayət qədər nüfuzu var. Burada bir cəbhədən söhbət getmir. Hər cəbhənin və tərəfin özünəməxsus qüvvələri və maraqları var. Bu həm terror təşkilatlarıdır, həm də proksi qüvvələrdir. Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxması ehtimalı daha böyükdür. Burada bütün ölkələrin aktiv iştirak edəcəyi müharibədən danışırıq. Hətta hər hansı bir təhlükəli bir silahın terror təşkilatlarının əlinə keçib, istifadə edilməsi böyük müharibəni tətikləyə bilər. Bu cür ehtimallar çoxdur. Fikrimcə ötən əsrin tarixinə baxdıqda İkinci Dünya müharibəsi 20-ci əsrin nizamını formalaşdırdı. 21-ci əsrin xəritələrinin və yeni dünyanın nizamı olmalıdır. Bu gün yaşananlar prosesin tərkib hissəsidir. Hazırda baş verənlər Birinci Dünya müharibəsindən sonrakı dövrə daha çox bənzəyir".

Asif Nərimanlı

Siyasi şərhçi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3109   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr