Əliyevlə Putin telefonla danışdı
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Onlar Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər.
Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək. Bundan başqa, Putin və Əliyev birbaşa təmasların davam etdirilməsinə razılıq veriblər.
Bildirilir ki, Rusiya bundan sonra da sülh müqaviləsinin bağlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
"Rusiya tərəfindən Bakı və İrəvana müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında mümkün olan hər cür kömək göstərməyə hazır olduğu təsdiqlənib", - məlumatda qeyd olunur.
Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: "Cənubi Qafqazda mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası və iki dövlət arasında nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsi davam etdirilib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?