"Artsax günü" İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək
"O, hazırda törətdiyi cinayətlərə görə Ermənistan hökuməti tərəfindən axtarışa verildiyindən Moskvada gizlənir. Onun Rusiya paytaxtında böyük biznesi var. Təbii ki, on illərlə Qarabağda Azərbaycana qarşı separatçı-terrorçu duyğuları qızışdırmış, oradakı kriminal rejimə dəstək vermiş bu oliqarxa şərait yaradan Rusiya dövlətidir. Belə ki, 2024-cü il yanvarın 10-da R.Ayrapetyanın bina tikintisi və s. ilə məşğul olan "RRR" MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb..."
"Məlum oldu ki, İrəvanda sentyabrın 2-də keçiriləcək artsax günü tədbiri üçün zal tapmaq mümkün deyil - hamı bundan imtina etdi və sonda "Daşnaksütyun" partyası idarə heyətinin üzvü Ruben Ayrapetyana məxsus "Harsnakar" restoranının zalı alınmalı oldu və buraya təxminən 1400 nəfər dəvət olundu".
Moderator.az xəbər verir ki, bunu "Hraparak" nəşri yazır.
Məlum olur ki, 1991-2023-cü illər ərzində Kremlin dəstəyi ilə Azərbaycan ərazisində qondarılmış və himayə edilmiş separatçı-terrorçu rejimin "müstəqillik bəyannaməsi"nin qəbulunun 33-cü ildönümünə həsr olunmuş "bu genişmiqyaslı tədbir"ə məkan verməkdən Karen Dəmirçyan adına idman-konsert kompleksinin direktoru Karen Qazaryan, daha sonra isə Rusiyadan Ermənistana gələn "Dvin" otel kompleksinin sahibi Artak Tovmasyan imtina edib.
Xəbərdə bildirilir ki, "qərarı bu adamlar deyil, artsaxın təslim olmasından sonra "artsax" sözünü tamamilə silmək üçün hər şeyi edən" Paşinyan hökuməti verib...
"Tədbirin təşkilatçıları artsaxa həsr olunmuş qısametrajlı film çəkiblər və çıxışlar hazırlayıblar. Artsaxın bütün deputatları, prezidenti, hökumət üzvləri dəvətlidir", -deyə məlumatda bildirilir.
Araşdırmamızdan o da bəlli oldu ki, öz obyektində "artsax günü"nün keçirilməsinə icazə vermiş Ermənistan parlamentinin keçmiş deputatı, respublika Futbol Federasiyasının sabiq prezidenti, tanınmış oliqarx Ruben Ayrapetyan hazırda törətdiyi cinayətlərə görə Ermənistan hökuməti tərəfindən axtarışa verildiyindən Moskvada gizlənir. Onun Rusiya paytaxtında böyük biznesi var. Təbii ki, on illərlə Qarabağda Azərbaycana qarşı separatçı-terrorçu duyğuları qızışdırmış, oradakı kriminal rejimə dəstək vermiş bu oliqarxa şərait yaradan Rusiya dövlətidir. Belə ki, 2024-cü il yanvarın 10-da R.Ayrapetyanın bina tikintisi və s. ilə məşğul olan "RRR" MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb...
Fəal oxucularımız xatırlamış olar ki, hələ 2014 və 2016-cı illərdə ildə Moderator.az-da 2014-2015-ci illərdə Şuşada biznes layihələri icra edən, villalar ucaldan Ruben Ayrapetyanın İsa bulağı üzərində restoran-kompleksi də tikdirdiyini yazmışdıq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?