Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…

Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…"Ermənistan hakimiyyəti artsax hakimiyyətinə qarşı izaholunmaz nifrətlə doludur və onları talançı və satqın kimi qələmə vermək üçün hər cür səy göstərir. Belə çıxır ki, Ermənistan hökuməti bilərəkdən artsax rəsmilərinə qarşı iddia qaldırır".

Moderator.az xəbər verir ki, bunu Ermənistanın rusiyapərəst mövqeyi ilə seçilən "Hraparak" nəşri yazır.

Məlumatda bildirilir ki, Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma "prezident"i Samvel Şahramanyan bir neçə ay əvvəl Qarabağdan Ermənistana keçirilmiş 356 avtomobil haqqında məlumatı Paşinyan hökumətinə "ötürüb və onların taleyini birlikdə müzakirə etməyi və həll etməyi təklif edib". Hakimiyyət cavab verməyib, mövzunu "yuxuya veriblər" ki, aylar sonra asayiş keşikçiləri öz təşəbbüsləri ilə maşınları ələ keçirib cinayət işi qaldırsınlar"...

Erməni nəşri qeyd edir ki, bu prosesin "maraqlı tərəfi" onun keşiş Baqratın başçılığı ilə "müqəddəs hərəkat"ın Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə etirazların start götürdüyü günlərdə başlamasıdır.

"Bu bəlkə də müqəddəs hərəkatda fəal iştirak edən artsax xalqını mübarizədən yayındırmaq hesabı ilə edilir",- deyə qəzet yazır.

Bildirilir ki, Xankəndinin sonuncu qondarma "mer"i David Sərkisyan və Əsgəranın sonuncu saxta "mer"i Hayk Şamiryan da "eyni ssenari üzrə həbs ediliblər". İrəvanda qaldırılmış cinayət işi çərçivəsində Azərbaycan ərazisindən gətirilmiş 256 avtomobil müsadirə edilib ki, onlardan 100-dən çoxu separatçı-terrorçu rejimin qondarma "daxili işlər nazirliyi"nin avtomobilləridir...

Xatırladaq ki, Azərbaycan ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyatdan sonra Arayik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan başda olmaqla bir sıra separatçı liderlər həbs edilərək Bakıya gətirilsə də, Samvel Şahramanyan, Samvel Babayan və Vitali Balasanyan kimi bir çox fəallar və hərbi komandirlər sərhədi naməlum şəraitdə keçərək Ermənistana sığına biliblər...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2105   Tarix: 30 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr