Xankəndi, Xocavənd və Xocalı ərazisindən xeyli silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4 707 ədəd müxtəlifçaplı patron və digər sursat, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlifçaplı patron və digər sursat aşkar edilərək götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 481 Tarix: 31 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məscid ziyarətində maraqlı anlar: Kişi turistlər ətək geyindi - VİDEO
Bursanın tarixi və mənəvi ab-havasını yaşamaq istəyən xarici turistlər məscid ziyarəti zamanı maraqlı anlarla gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, müqəddəs məkana hörmət əlaməti olaraq geyim qaydalarına əməl etməyə çalışan şortlu kişi turistlər, onlara təqdim olunan geyim seçimlərin
18 mayMingəçevirdə sərnişin avtobusu piyadanı vurdu
Mingəçevir şəhərində sərnişin avtobusu qəza törədib. -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 5 saylı marşurut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolu keçmək istəyən Elşən Arzuman oğlu Tağıyevi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırm
23 mayBərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib. Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb
24 mayÇörək almağa gedən yaşlı kişi avtobus dayanacağında ölü tapıldı
Elazığda səhər saatlarında çörək almaq üçün evdən çıxan yaşlı kişi avtobus dayanacağında ölü tapılıb. türk mediasına itsinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazilərindən birində baş verib. Məlumata görə, yaşlı kişi çörək almağa gedərkən dincəlmək məqsədilə avtobus dayanacağında əyləşib. Bi
19 mayİtiylə gəzən qadın "lyuka" düşdü - VİDEO
Braziliyanın Cuiabá şəhərində dəhşətli hadisə baş verib. Səkidə hərəkət edən 21 yaşlı gənc qadın ayaq basdığı kanalizasiya qapağının qəfil sınması nəticəsində boşluğa düşüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda gənc qadını
21 may