Azərbaycan Fransanı COP29-a DƏVƏT EDƏCƏK? - ŞƏRH

Azərbaycan Fransanı COP29-a DƏVƏT EDƏCƏK? - ŞƏRHFransa və ona yaxın qərb dövlətləri uzun müddətdir qarayaxma kampaniyası aparır. Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddialar səsləndirib. Eyni zamanda ötən ildən rəsmi Paris COP29 tədbirinin Azərbaycanda keçirilməsinə etiraz edir. Fransa heç bir əsas göstərmədən iddia edib ki, Azərbaycan belə bir tədbir keçirə bilməz.

Makron höküməti bu gün ölkəmizə qarayaxma kampaniyası aparmaqla yanaşı, Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharib ocaqlarını alovlandırmağa çalışır. Fransa müstəmləkə siyasətini artırır, digər dövlətlərin daxili işlərinə qarışır, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın yoluna əngəl olmağa çalışır. Bütün bunları nəzərə aldıqda, rəsmi Bakı Fransanı COP29 tədbirinə dəvət edəcək?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Fransa və bu ölkəyə yaxın dövlətlər Azərbaycana qarşı qaralama kampaniyası aparırlar. Xüsusilə bu kampaniya COP29-la bağlı aparılır:

"Guya ki, Azərbaycan neft ölkəsi olduğu üçün ətrafı çirkləndirir. Bu kimi ittihamlar ilə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini istəmirlər. Azərbaycan neft-qaz ölkəsidir. Fransa Azərbaycandan daha çox neft-qaz istehsal edir. Fransanın total şirkətləri Braziliyadan Avstraliyaya, Afrikadan Hindistana qədər neft və qaz çıxarır. Rusiyanın neft bazarında demək olar ki, Fransa təmsil olunur. Karbohidrogen ehtiyatlarından istifadə etmək bu qədər pis əməldirsə, Fransa gərək özü bunlardan tamamilə imtina etsin. Fransanın total şirkətləri bizim şirkətimizdən dəfələrlə böyükdür. Azərbaycanın BƏƏ ilə böyük layihələri oldu. İşğaldan azad olunmuş ərazilərdə tamamilə yaşıl enerji konsepsiyasından istifadə ediləcək. Faktiki olaraq Azərbaycan yaşıl enerji sahəsində transformasiya həyata keçirməyə çalışır. Bütün bunları Fransa nəzərə almalıdır".

Politoloqun sözlərinə görə, Fransa bu ittihamları qəsdən irəli sürür. Onların niyyəti ətraf mühiti və təbiəti qorumaqdan ibarət deyil. Daha çox Azərbaycanın imicinə zərər vurmaqdır. Bütün bunlar isə məsələnin bir tərəfidir:

"İkinci tərəfi isə Fransanın bu addımları Azərbaycanda COP29 tədbirinin keçirilməsinə mane olmayacaq. Faktiki olaraq Fransanın atdığı bu adımlar Azərbaycan-Fransa münasibətlərinin pozulmasına səbəb ola bilər. COP29-la bağlı böyük hazırlıq işləri görülür. Fransanın COP29-a dəvət edilməməsi doğru addım olmaz. Azərbaycan hər bir dünyaya açıq olduğunu göstərməlidir. Hətta Ermənistanın bu tədbirə qatılması ilə bağlı danışıqlar aparılır. Biz niyə Fransanı bu tədbirə dəvət etməyək? Biz Avropa oyunlarına Ermənistanı dəvət etmişdik. Azərbaycan həmişə açıq qapı siyasəti yeridib. Bu baxımdan COP29 tədbirinə Fransa dəvət olunacaq. Fransa baş verənlərdən nəticə çıxarmalı, xalqlar və dövlətlərarası münasibətlərə zərər vurmamalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1518   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr