Mağazalar bu səbəbdən müştəriyə ƏDV çeklərini QAYTARMIR - AÇIQLAMA

Mağazalar bu səbəbdən müştəriyə ƏDV çeklərini QAYTARMIR - AÇIQLAMABir müddətdir mağazalarda ƏDV çeklərinin müştərilərə qaytarılması ilə bağlı problemlər yaşanır. Xüsusilə bu apteklərdə və geyim mağazalarında rast gəlinir. Məhsulların QR kodu "scan" etmək, bəzən isə "fiscal" kodunu oxutmaq mümkün olmur. Digər tərəfdən müştəriyə ƏDV çekləri qaytarılmır. İctimai -iaşə obyektləri niyə bu çekləri müştəriyə verməkdə maraqlı deyil?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, çeklərin müştərilərə verilməməsi isə fərqli məsələdir. Birinci məqam texniki məsələdir. Qəbzi oxunub-oxunmamağından asılı olmayaraq, o avtomatik olaraq sistemə qeydiyyata düşür:

"Qəbz verməkdən yayınma isə həmin təsərrüfat subyektinin vergidən yayınması və nağd ödənişləri almaq istəyindən formalaşır. Pos-terminal yaxud nəzəri kassa aparatlarında ödənişlər olanda dövriyyə şəffaflaşır. Dövriyyəni gizlətmək olmur. Həmin sahibkar məcburdur ki, dövriyyə üçün vergi versin. Həmin sahibkar mikkro sahibkardırsa sadələşmiş verginin dövriyyəsindən çıxıb daha böyük vergi öhdəlikləri çıxa bilir. Burada sırf vergidən yayınma cəhdi var. İkinci məqam isə ödənişi pos-terminal ilə ödəyəndə həmin pulu sahibkar komissiyası ödəyir. Həmin pulun komissiyası sahibkardan tutulur. Təqribən 1.5 faiz dəyərində xərc var".

Ekspertin sözlərinə görə, Sahibkar ödəniş növündən asılı olmayaraq 1.5 faiz pul itirir. Bu da onu vermək istəmir. Sahibkarın xərclərinin bir hissəsi isə nağddır:

"Bankda limit mövcuddur. Fiziki şəxs olan sahibkara 15 min manat, hüquqi şəxs olan sahibkar isə 30 min manat pul nağdlaşdıra bilir. Nağdlaşdırma zamanı əlavə bir faiz sadələşmiş vergi verirlər. Digər tərəfdən bankdan asılı olaraq 0.5-1 faiz nağdlaşdırma komissiyası olur. Sahibkar əlavə xərclər ilə qarşılaşır. Vergidən yayınma halları aşağı düşəndə bu məsələ aradan qaldıracaq. Bütün bu proseslər ilə qiymətlərin artmasına səbəb olacaq. Biz elə düşünməyək ki, biz pul ödədikcə sahibkar öz cibindən verəcək. Bu qiymət artımına səbəb olacaq. Bazarda satılan məhsulun qiyməti ilə mağazada satılan məhsulun qiymətində fərq olur. Bunun əsas səbəbi vergidən yayınmanın olmasıdır. Hökumət "ƏDV geri al" layihəsi ilə vətəndaşı prosesə ona görə cəlb edir ki, vətəndaş özü də bu çeklərin alınmasında maraqlı olsun".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2902   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr