Onun təklifini nəzərə alıb Basarkeçərdən azərbaycanlıların köçürülməsini 3 il ləngitdilər...

Onun təklifini nəzərə alıb Basarkeçərdən azərbaycanlıların köçürülməsini 3 il ləngitdilər..."Mənim belə ciddi çıxışım çox pis əhval-ruhiyyə yaratdı. Mənə qarşı hücumlar ağır tənqidlər başlandı. Birinci katib Arutyunov dedi: "Musayev tebya sudit budem pered tem narodom, kotorıy tebya lyubit"( Musayev, səni səni sevən xalqın qarşısında mühakimə edəcəyik")..."

Ətraflı
"Vəziyyətim günbəgün ağırlaşırdı. Çıxış yolu kimi 1948-ci ilin yanvar ayında Bakıda Bağırovun qəbulunda oldum. O, əvvəlcə məni sərt, soyuq qarşıladı..."

Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

"Stalin yoldaşın dərkənarı böyük ruh yüksəkliyi ilə qarşılandı. Müzakirələr başlandı. O vaxt Ermənistanda 4 azərbaycanlı 1-ci katib var idi. Vedi rayonunun 1-ci katibi Əli Məmmədov iclasda iştirak etmirdi. Buna görə də cəmi 3 azərbaycanlı katib iclasda idik: mən, Şahbazov və Vəlibəyov. Deyəsən, nəzərə aldılar ki, Şahbazov vaxtilə mənim yanımda ikinci katib işləyib, Vəlibəyov isə 1946-cı ildə Qarabağlar rayonunda məni əvəz edib. Yəqin, buna görə də birinci söz mənə verildi. Mən çox ciddi və qətiyyətlə çıxış edib məsələnin əleyhinə olduğumu bildirdim. Qeyd etdim ki, birincisi, 1918-ci il daşnak qırğınından sağ çıxan azərbaycanlılar sovetləşmə dövründə vətənə qayıtdılar və indi də öz vətənlərində yaşayırlar. Amma daşnakların onların başına nə oyunlar açdıqlarını hələ də unutmayıblar. İkincisi, onu da heç kəs unutmayıb ki, 1918-ci ilə kimi Ermənistanda yaşamış azərbaycanlıların həminilki qırğından canlarını qurtarıb Azərbaycana qaçanlar məskunlaşdıqları Kür-Araz ovalığında qızdırmadan, yatalaqdan və s. az qırılmayıblar. Üçüncüsü, 1918-ci ildə Ermənistanda 575 min azərbaycanlı yaşadığı halda indi bu rəqəm 250 mindən artıq deyil. Hazırda Ermənistanda 100-dən çox boş kənd var. Yalnız İrəvandan 40-50 km uzaqda olan Vedi və Qarabağlar rayonlarında 25 boş kənd var. Bir çox əsaslı səbəblərlə qeyd etdim ki, Stalin yoldaş azərbaycanlıların könüllü əsaslarla köçürülməsini yazıb. Soruşaq, kim gedirsə, onları yola salaq. İnanmıram ki, köçmək istəyən ola...

Bu məsələ ətrafında mənim belə ciddi çıxışım çox pis əhval-ruhiyyə yaratdı. Mənə qarşı hücumlar ağır tənqidlər başlandı. Birinci katib Arutyunov dedi: "Musayev tebya sudit budem pered tem narodom, kotorıy tebya lyubit"( Musayev, səni səni sevən xalqın qarşısında mühakimə edəcəyik")... Təkliflər verildi ki, Musayevə ikinci dəfə söz verilsin ki, o öz səhv sözlərini geri götürsün... Mənə ikinci dəfə söz verildi. Mən dedim ki, adamların könüllü getməsinə etiraz etmirəm. Ancaq mənim işlədiyim Basarkeçər dağlıq və dağətəyi rayondur. Xaricdən gələn ermənilər isə belə rayonda yaşamaq istəmir. Basarkeçər respublikanın ən böyük taxılçılıq rayonudur. 25 min hektar taxıl əkirik. Maldarlıq və tütünçülük üzrə də respublikanın ən böyük rayonlarından biridir. Rayonun iqtisadiyyatının 80 faizindən çoxu azərbaycanlı kəndlərin öhdəsindədir. Ona görə də azərbaycanlılar köçürüləndən sonra rayonun iqtisadiyyatı batacaq. O səbəbdən də xahiş edirəm ki, Basarkeçər rayonunu imkan dairəsində köçürməyin, bu da olmasa, köçürməni gecikdirin, ya da azərbaycanlılar köçən kəndlərin planı azadılsın. Bunlar da alınmasa, onda məni işdən azad edin. Çünki camaat gedəndən sonra rayonda heç bir plan ödənməyəcək. Siz isə buna görə haqlı olaraq məni partiyadan azad edəcəksiniz. Mən isə partiyadan çıxmadan harada desəniz, orada da işlərəm...

Mənim təkliflərimdən birini nəzərə alıb Basarkeçərin köçürülməsini sonrakı – 1951-1953-cü illərə planlaşdırdılar. Köçəcək azərbaycanlıların ictimai və şəxsi əmlakları barədə isə belə qərar verdilər: ictimai əmlak Ermənistanın planındadır və o qalmalıdır, xüsusi əmlakı və malı olan varsa, sata bilər... Onu da kim idi alan, kim idi satmağa qoyan?.. Bunlar hamısı quru söz idi...

Həmin iclasdan sonra Ermənistanda mənə qarşı çox soyuq münasibət yaranmışdı. Yeni başlayacaq bu kampaniyaya birdən-birə belə ciddi şəkildə əks çıxmaq vəziyyətimi çox ağırlaşdırmışdı. Bu kampaniyaya mənim ciddi etiraz çıxışımı Azərbaycanın hökumət orqanları da eşitmişdi...

Vəziyyətim günbəgün ağırlaşırdı. Çıxış yolu kimi 1948-ci ilin yanvar ayında Bakıda Bağırovun qəbulunda oldum. O, əvvəlcə məni sərt, soyuq qarşıladı...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1139   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr