Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEOQarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.

Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.

Diplomatik korpusun nümayəndələri daha sonra Şuşada Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər.

Qarabağ küçəsində gəzinti zamanı qonaqlar şəhərin bu hissəsinin tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olublar.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO17:15

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Qarabağ bölgəsi) olublar.

Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.


Həmçinin, diplomatik korpusun nümayəndələri ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar Şuşada, Cıdır düzündə terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.

Cıdır düzü Şuşanın əsas görməli yerlərindən və şəhərin rəmzlərindən biri hesab olunur.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO17:02

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlara tikinti işlərinin cari mərhələsi və məscid layihəsinin xüsusiyyətləri barədə məlumat təqdim edilib.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri həmçinin regionda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olublar.

Şuşada yeni məscidin təməli 2021-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.

Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və doqquz beynəlxalq təşkilatın 150 nümayəndəsi daxildir.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEODiplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO15:32

Azərbaycanda akkreditə olunmuş və Qarabağ bölgəsinə səfər edən xarici diplomatik korpusun nümayəndələri Xankəndidə "AzCotton" MMC-nin tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu çərçivədə diplomatlara fabrik və istehsal prosesləri barədə məlumat verilib.

Xatırladaq ki, Azərbaycandakı xarici diplomatik korpusun nümayəndələri bu gün ikigünlük səfərə başlayıblar və bu səfər çərçivəsində onlar ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına baş çəkəcəklər.

15:21

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər.

Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın tələbə təhsil alır.

12:51

Diplomatik korpus Xankəndidə Zəfər parkını ziyarət edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, diplomatik korpusun nümayəndələri Zəfər tağının fonunda xatirə fotosu çəkdirib, daha sonra Zəfər meydanına yollanıblar.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

12:18

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Oxu.Az "Report"a istinadən əməkdaşı xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.

11:25

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər zamanı diplomatlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2025-ci il iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

09:16

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 929   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA

Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları

29 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur

Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən

29 oktyabr
.

Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli

29 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr