"Niyə səssiz qaldığını izah etsin" - Rəsmi Bakı
"Ermənistan XİN-in başçısı Ararat Mirzoyan Varşava Forumunda dezinformasiya, təbliğat və manipuliyasiya işləri həyata keçirir və bu, Azərbaycan əleyhinə fikirlər aşılamaq məqsədi daşıyır".
"Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"də Mirzoyanın çıxışını şərh edərkən bildirib.
O qeyd edib ki, Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı:
"Beynəlxalq öhdəliklərinə baxmayaraq, nə üçün Ermənistan 10 mindən çox silahlı qüvvələrini 2023-cü ilə qədər Azərbaycandan çıxarmaqdan imtina edirdi? Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdürdü".
Ayxan Hacızadə aydınlaşdırıb ki, nazirin "dinc" erməni sakinlərinə hücum kimi təqdim etməyə çalışdığı hər şey əslində, Azərbaycanın BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına tam uyğun olaraq, öz suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlı birləşmələrini tərksilah etmək üçün həyata keçirdiyi lokal antiterror tədbirləridir:
"Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini öz qərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1 milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdan necə vəhşicəsinə, zorla qovulduğunu unudur.
Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir.
Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur, bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir", - A.Hacızadə qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?