Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – PREZİDENTƏ MÜRACİƏT

Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – PREZİDENTƏ MÜRACİƏTSaxtakarlıqlar bitmir, seçkili vəzifələr auksiona çıxarılıb, çox pul verən adam axtarılır

Redaksiyamızın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin surəti daxil olub. Müraciətdə ADAU-da yaşanan qanunazidd əməllərdən, rəhbər şəxslərin özbaşınalıqlarından, korrupsiya faktlarından və s. bəhs edilir. Biz Yenixeber.org olaraq, bütün bu iddialarla balğı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Çənab Prezident, məlumunuz edirik ki, Zəfər Qurbanov ADAU-ya rektor təyin edildikdən sonra universiteti inkişaf etdirmək əvəzinə, sanki məhv etməyi qarşısına məqsəd qoyub. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində saxtakarlıqlar bitmək bilmir. Burada bilməyərəkdən və ya bilə-bilə müxtəlif qanunsuzluqlara imza atılır. Tələbənin kəsiri olduqda, təlimata görə həmin tələbələr dövlət imtahanına buraxılmır. Lakin rektor Zəfər Qurbanov rüşvət müqabilində həmin tələbələri dövlət imtahanına buraxdırır. Kəsiri ola-ola, akademik borcunu ödəməyən bu tələbələrə diplom verilən zaman "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının dosenti Vaqif Mirzəliyev müxtəlif orqanlara, eləcə də Sizə şikayət etdi. Nəticədə rektor özünü müdafiə etmək üçün "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayevi işdən azad etdi.

Əslində həmin saxtakarlıqları prorektor Əhməd Məlikov, Tədris hissəsinin müdiri Elay Zeynallı və kafedra müdiri Aydın İsayev etmişdi. Lakin adları çəkilən şəxslər rektor Zəfər Qurbanovun pul yığanları olduğu üçün bu işdə "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayev qurban verilərək işdən azad olundu. Bu saxtakarlığı edənlərdən biri, "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının müdiri Aydın İsayev 3-cü kursda oxuyan tələbə qıza sataşıb. Bu qız isə bununla bağlı prorektor Əhməd Məlikova şikayət edib. Lakin hələ də rektor bununla bağlı heç bir tədbir görmək istəmir. Amma həmin kafedranın müəllimi Taleh Vəliyev seçki prosesində Aydın İsayevin əleyhinə səs verdiyinə görə onu şərlədilər, tələbə qızları və bəzi laborant xanımları öyrədərək üzünə durdurdular və əmr verib işdən azad etdilər. Artıq həmin müəllimin yerinə rüşvət müqabilində başqa adam da təyin edilib.

Bu gün magistr adı altında ADAU-da tələbələr dərsdən yayınır. Magistrlər var, adı universitetdə tələbə kimi gedir, lakin özləri xaricdədir. Bunların dissertasiya işləri yazılıb hazırlanır, sonra isə həmin magistr bir dəfə universitetə gəlir, diplom müdafiəsində iştirak edib gedir, sonra isə ona diplom verilir. Magistr şöbəsində elə tələbələr var ki, universitetə təhsil haqqı borcu ola-ola universiteti qurtarır. Sonra məlum olur ki, bu şəxsin universitetə təhsil haqqı borcu var.
Bundan sonra narazılıqlar başlayır və həmin borc ödənilməmiş qalır. "İnformasiya texnologiyaları" ixtisasının tələbəsinin rəhbəri eyni adlı kafedranın müəllimi Mahir Məmmədov idi. Tələbə müdafiə etdi, universiteti bitirdi və diplomunu da aldı. Sonra məlum olub ki, tələbənin təhsil haqqı borcu var. Göründüyü kimi, universitetdə öz işinə səhlənkar yanaşmalar kifayət qədərdir.
"Baytarlıq təbabəti" fakültəsində isə biabırçılıqların sonu, ümumiyyətlə, görünmür. Bu fakültə rektor Zəfər Qurbanovun özəl hissləri ilə idarə olunur. Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləmişdir.

Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. İndi bu xanım dekan ixtiyarı olmasa da belə, hər yerdə Zəfər Qurbanovun adından danışır və səlahiyyətinə aid olmayan işlərlə məşğul olur. O, kafedra müdirlərinin - İlqar Gəncəyevin, Mirzə Əliyevin, dekan müavini Gülçin Məmmədovanın və s. ərizələrini alıb, işdən azad etdirib. Fakültənin dekan müavini və kafedraların müdirləri vəzifələri boşdur, kafedralar idarə olunmur. Bu vəzifələr isə auksiona çıxarılıb, çox pul verən adam axtarılır.

Bu dekan xanımın-Şəlalə Zeynalovanın adı Şəmkir Quşçuluq fabrikində də əməkdaş kimi işdə gedir. Ona görə də Şəlalə Zeynalova fakültənin tələbələrini həmin fabrikə aparıb orada yumurta yığdırır. Maraqlıdır, tələbələr universitetə oxumağa gəlib, yoxsa qul kimi Şəmkir Quşçuluq Fabrikində fəhləlik etməyə???
Rektor Zəfər Qurbanov isə "özəl hissləri" ilə bacarmadığından Bakıdan tapıb özü ilə gətirdiyi Şəlalə Zeynalova haqqında heç bir tədbir görə bilmir.
Atası Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru işləmiş, "Gigiyena və qida təhlükəsizliyi" kafedrasının çox yaxşı müəllimlərindən olan olan Vamik Fərzəliyevi rektor işdən çıxartdı, lakin Vamik müəllim Respublika Prezidentinə şıkayət etdiyi üçün onu müqavilə əsasında yenidən yarım ştat müəllim götürməyə məcbur oldular.

Rektor Zəfər Qurbanov neft mühəndisi olduğundan aqrar sahəyə tamamilə yad bir şəxsdir. O, universitetin tədris-təcrübə təsərrüfatının adını belə bilmir.
Həmişə elmi şurada çıxışlarında təcrübə mərkəzi deyir. Universitetdə maaşlar və həvəsləndirici mükafatlar verilmir. Universtetdə lazımi dəftərxana ləvazimatları alınmır, tədris üçün vacib olan avadanlıq və
vasitələr çatışmır, alınması nəzərdə tutulan avadanlıqların heç biri alınmır, pullar isə kotirovka yolu ilə silinir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, müxtəlif xarici ölkələrdə gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı?

ADAU-da təhsil məhv olub gedir, əlaqədar təşkilatları bu işdə lazımi tədbirlər görməyə çağırırıq./Yenixeber.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8680   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr