Prezident ABŞ-ni sərt tənqid etdi
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalına müsahibəsində ABŞ-nin ölkəmizə qarşı sanksiyalar siyasətini tənqid edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib:
"Bu sanksiyalar 2001-ci ildə ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1763 Tarix: 08 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi
Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb
8 iyunBu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun