Azərbaycan dollardan imtina edir? - AÇIQLAMA
ABŞ Konqresinin hər iki palatasının 60-a yaxın üzvünün ABŞ hakimiyyətini "müharibə cinayətlərinə, qanunsuz girov götürməyə və Ermənistanın suveren ərazisinin işğalına görə" Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırması iki ölkə arsında münasibətləri pisləşdirib.
Bu məsələ ağıllara bir sual gətirir: Görəsən ABŞ Azərbaycana qarşı təxribatlara davam edərsə, Azərbaycan ABŞ dollarında imtina edə bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın ABŞ dollarından imtina etmək fikri yoxdur:
"ABŞ Azərbaycan münasibətləri ilk dəfə deyil ki, gərginləşir. Yaxın tarixdə dəfələrlə belə hal baş verib. Bu daha çox ABŞ -in sərgilədiyi mövqeydən qaynaqlanır. Lakin Bakı heç vaxt dövlətlər ilə siyasi problemi iqtisadi sferya daşımır. Misal üçün Fransa ilə münasibtələr gərgin olsa da iqtisadi əlaqələr qalır.
Azərbaycanın dollardan imtina etmək kimi fikri yoxdur. Bu çox radikal bir addım olar. Ümumiyyətlə istəsək də, istəməsək də dollar dünyanın aparıcı valyutasıdır. Heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bundan başqa beynəlxaq ticarətdə məhs bu valyuta üzərindən aprılır.
Düzdür, son illərdə Türkiyə, Çin, İran, Rusiya kimi ölkələrin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifləri olsa da, bu uzun müddətli dövr üçün aktual deyil. Yəni bunun mexanizmi yoxdur".
Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır:
"Əvvələr dünyanın əsas valyutası dəyərli metallar idi. Daha sonra kağız pullar tədavülə burxıldı. Bretton-Vuds sistemi, Bretton-Vuds razılaşması ilə tədbiq edildikdən sonra dolların hegemonluğu başladı. İndi kriptovalyutaların bu tendensiyanın aradan qaldırılması gözlənsə də, bu da hələlik mümkün deyil. Çünki kripto valyutalar daha qeyri sabitdir. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Yənu bu o deməkdir ki, 8 tirlyon dollarlıq ehtiyatın "ölməsinə" hazır olmaldır. Azərbaycan isə dünya iqtisadiyatının çox kiçik hissəsində pay sahibidir. Yəni bizim qlobal ticarətə və valyuta məsələlərinə müdaxilə imkanımız yoxdur".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?