Manatla bağlı NİKBİN PROQNOZ

Manatla bağlı NİKBİN PROQNOZ"Son günlər yeni müzakirə və mübahisə mövzusu ortaya çıxıb ki, Mərkəzi Bank (AMB) tərəfindən cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının yeni formatda keçirilməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın ləğvindən sonra manat "tam üzən məzənnə" rejiminə keçib, ya yox.

Qeyd olunan mövzuya dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev öz sözləriylə tam aydınlıq gətirərək söyləyib ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir.

Bu isə o deməkdir ki, məzənnə tam liberal əsasda formalaşır. Bəs, əslində vəziyyət necədir?Manatın dəyəri həqiqətənmi tam sərbəst buraxılmışdır?

Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə tam sərbəst tənzimlənən rejimə keçməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütmüşdür. Və buna əhəmiyyətli dərəcədə nail olmuşdur".

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

"AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev qeyd edib ki, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur.

Və həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur - inzibati yolla təyin edilmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir.

Sözün qısası, ölkəmizdə "tam üzən məzənnə" rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, absurddur. AMB uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatmışdır ki, Azərbaycanda manat öz real məzzənəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacaqdır.

O ki qaldı valyuta bazarı iştirakçılarına, başqa sözlə desəm, xarici valyuta - dollar təklifiylə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoruyla qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə əməkdaşlıq bərpa olunduqca bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik.

Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələki yalnız neft amilinin durmasına baxmayaraq, hər halda səbəst şəkildə üzə bildiyini göstərir", - deyə P.Heydərov deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3784   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021