Prezidentdən ləğv olunmuş MTN-lə bağlı mühüm QƏRAR

Prezidentdən ləğv olunmuş MTN-lə bağlı mühüm QƏRARDövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında ölkə başçısı İlham Əliyev fərman verib.

Fərmanda qeyd edilir:

1. "Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

2. "Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının 4-cü hissəsindən ", milli təhlükəsizlik " sözləri çıxarılsın, həmin hissəyə "nazirliklərinin" sözündən sonra ", Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin" sözləri əlavə edilsin.

3. "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə "Əli Nağıyev – Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini" sözləri "İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini" sözləri ilə əvəz edilsin;

3.2. 3-cü və 4-cü hissələrdə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının 1-ci hissəsindən "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri çıxarılsın və həmin hissədə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi".

5. "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301) "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

7. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

7.1. "Komissiyanın sədri" hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin;

7.2. "Komissiyanın katibi" hissəsində "Firudin Sadıqov — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri" sözləri "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 47, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384) 1-ci hissəsində "Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2299   Tarix: 21 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyaca məşhur ulduz, icazəsiz çəkiliş edən pərəstişkarısına qarşı sərt reaksiya göstərdi - VİDEO

Portuqaliya Milli Komandasının ulduz futbolçusu Joao Cancelo, təyyarə səfəri zamanı icazəsiz şəkildə onu çəkən bir pərəstişkarı ilə mübahisə yaşayıb. Portuqaliyalı futbolçunun təyyarədəki anları qısa müddətdə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Cancelo onu icazəsi

15 dekabr
.

Bulvarda oğurluq edən şəxslər saxlanıldılar

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalınd

13 dekabr
.

Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məluma

14 dekabr
.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin xahişi ilə tədbirdə şeir səsləndirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti Gənclik Görüşləri - Kampus Proqramı" çərçivəsində Sağlamlıq Elmləri Universitetinin Haydarpaşa Kampusunda gənclərlə bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan Türkiyənin savadlı universite

15 dekabr
.

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer

13 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr
.

Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağ

13 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

İrandan gətirilən portağal boyanır? - Ələ keçən rəng şübhə yaratdı - VİDEO

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur. xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda portağalın üzərindəki rəngin süni olduğu göstərilir. Videonu çəkən şəxs bildirir ki, meyvəyə sadəcə əl vurmaq kifayətdir ki, dərhal rəng ələ keçsin. İddialara görə, portağalın üzərinə süni boya çəkili

13 dekabr